Oktyabrın 18-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunan elmi-praktik seminar keçirilib.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib.
Seminarda BSU-nun rektoru, professor Nurlana Əliyeva qeyd edib ki, oktyabrın 18-i Azərbaycanın tarixində ən əlamətdar günlərdən biridir. Rektor deyib: “Azərbaycan Respublikasının Ali Soveti 1991-ci ildə yaranan tarixi şəraitin nəticəsi olaraq oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Lakin dövlət müstəqilliyinin ilkin mərhələsində xalqımız böyük çətinliklərlə üzləşib, ağır sınaqlardan keçib. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət müstəqilliyi qorunub saxlanılıb, möhkəmləndirilib, dönməz və əbədi xarakter alıb, respublikamız sürətli inkişaf yoluna qədəm qoyub. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində demokratik, hüquqi dövlətçilik prinsipləri bərqərar edilib”.
N.Əliyeva Azərbaycan xalqı üçün də əvəzolunmaz nemət olan müstəqilliyin görkəmli dövlət xadimi Heydər Əliyev siyasi kursunun ləyaqətli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Rektor bu gün Azərbaycanda hökm sürən sabit həyat şəraitinə görə xalqımızın əbədiyaşar ümummilli lideri Heydər Əliyevin ruhu qarşısında daim borclu olduğunu vurğulayıb.
N.Əliyeva bildirib ki, hazırda BSU-nun altı tələbəsi Soçidə beynəlxalq festivalda iştirak edir. O, bunun dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğının nümunəsi olduğunu söyləyib, müstəqillik yolunda gəncləri mübariz olmağa çağırıb. Əlamətdar gün münasibətilə hər kəsi təbrik edən rektor ölkəmizin müstəqilliyinin əbədi olmasını arzulayıb, xalqımızı Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməyə səsləyib.
Sonra Dövlət Müstəqilliyi Gününə həsr edilən film nümayiş olunub.
BSU-nun dosenti Ləman Qarayeva “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır” mövzusunda məruzə ilə çıxış edib.
Beynəlxalq münasibətlər kafedrasının dosenti Zümrüd Məlikova “Müstəqil Azərbaycan dövlətçiliyində Heydər Əliyev fenomeni” mövzusunda məruzəsində müstəqilliyin qazanılması yolunda əvəzsiz xidmətləri olan dahi Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən slaydı təqdim edib.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbəsi Alina Qulina “Müstəqil Azərbaycanın inkişaf dinamikası və Azərbaycan gəncliyi” mövzusunda çıxış edib. O, ölkəmizdə gənclərə verilən önəmin, onlara təhsil sahəsində göstərilən diqqətin, perspektivli gənclər üçün yaradılan şəraitin Azərbaycan dövlətinin gənclər siyasətinin əsas prinsiplərindən olduğunu bildirib.
BSU-nun Mətbuat xidməti