Oktyabrın 26-da ABŞ parlamentinin üzvü, Viskonsin Universitetinin rektoru, beynəlxalq jurnalist Peter Tasse və uzun illər Azərbaycanın Misirdəki səfirliyində işləmiş, məşhur diplomat-jurnalist Sameh Əbdülvəhab Məşad Bakı Slavyan Universitetində (BSU) olublar.
Əvvəlcə qonaqlar universitetin rektoru, professor Nurlana Əliyeva ilə görüşüblər.
Görüşdə rektor ölkəmizin iqtisadi, siyasi, hərbi baxımdan regionda ən güclü dövlət olması və hazırda respublikamızda həyata keçirilən tikinti-quruculuq işləri barədə qonaqlara məlumat verib. O, beynəlxalq aləmdə də ölkəmizin nüfuzunun gündən-günə artdığını, Azərbaycanın imicinə zərbə vurmaq istəyən düşmən qüvvələrin səylərinə baxmayaraq ölkəmizin beynəlxalq institut və təşkilatların reytinq cədvəllərində yuxarı pillələrdə qərarlaşdığını vurğulayıb.
Qonaqlara universitetin tarixi, bugünkü vəziyyəti, gələcək planları barədə məlumat verən N.Əliyeva təhsil sahəsində ümummilli lider Heydər Əliyevin irəli sürdüyü prinsiplərin bu gün Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycanın xarici siyasətində önəmli rol oynayır BSU postsovet məkanı ilə yanaşı, Şərqi Avropanın əksər ölkələri ilə sıx əlaqələrə malikdir. Universitet hər il dünyanın müxtəlif ali təhsil ocaqları ilə tələbə-müəllim mübadiləsini həyata keçirir.
Azərbaycanın inkişafını son illər müşahidə etdiyini bildirən P.Tasse deyib: “Mən neçə ildir ki, Bakıya gəlib-gedirəm. Şəhər gözümün önündə müasirləşir. Bakını bu gün dünyanın ən müasir meqopolisləri ilə müqayisə etmək olar”.
P.Tasse Azərbaycanda işsizliyin səviyyəsinin azalmasını ölkə rəhbərliyinin uğurlu addımı kimi dəyərləndirib. O, dünyada iqtisadi böhranın davam etdiyi bir vaxtda Azərbaycanın sürətli iqtisadi yüksəlişini xalqın vətənpərvərlik ruhu, dövlətə inamı ilə əlaqələndirib. Dağlıq Qarabağ münaqişəsinə toxunan amerikalı siyasətçi problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycan xalqının ədalətsiz müharibəyə cəlb edildiyini və Ermənistanin işğalçı siyasətinin sonda onun özü üçün ağır nəticələr verəcəyini deyib. P.Tasse bu günədək öz jurnalistlik fəaliyyətində həmişə Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini və gələcəkdə də bu mövqeyi qoruyacağını bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycanın haqlı mövqeyini hər bir vicdanlı adam müdafiə etməlidir.
Söhbət zamanı Sameh Əbdülvəhab Məşad Azərbaycana xüsusi məhəbbət bəslədiyini bildirib. O, bütün yazılarında Azərbaycanın mövqeyini müdafiə etdiyini və buna görə daim ermənilərin təzyiqinə tuş gəldiyini vurğulayıb. Bir erməni diplomatının vaxtilə böyük bir məqalə yazaraq onu Azərbaycana nökərçilikdə ittiham etdiyini diqqətə çatdıran Sameh Əbdülvəhab Məşad deyib: “Amma mən ona cavabımda Azərbaycanın deyil, haqqın, ədalətin yanında olduğumu bildirdim”.
Sonra qonaqlar universitetin beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbələri ilə görüşüblər.
Görüşdə Sameh Əbdülvəhab Məşad rəhbərlik etdiyi “Orbit” informasiya şirkətinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, şirkət ilə BSU arasında əməkdaşlıq barədə müqavilənin imzalanması planlaşdırılır. Sənəd imzalandıqdan sonra şirkətin materialları rusca da yayımlanacaq. BSU isə “Orbit”in rus variantına məsul olacaq. Qonaq tələbələri “Orbit”in resurslarından istifadə etməklə Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmağa çağırıb.
Qeyd edək ki, P.Tasse və Sameh Əbdülvəhab Məşad noyabr və dekabrda BSU-nun tələbələri qarşısında silsilə mühazirələr oxuyacaqlar.

BSU-nun Mətbuat xidməti