Dekabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq Ərəb Dili Günü keçirilib.
2017-ci il-“İslam Həmrəyliyi İli” çərçivəsində Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi Ülviyyə Hüseynovanın təşkilatçılığı ilə keçirilən ərəb mədəniyyəti festivalında Fələstin dövləti, Səudiyyə Ərəbistanı, Mərakeş krallıqları, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Sudan və Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, həmçinin səfirliklərin nümayəndələri iştirak edib.
Tədbirdən öncə ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla ərəb dövlətlərinin təmsilçiləri ilə görüşüb. Qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirən Kamal Abdulla Beynəlxalq Ərəb Dili Günü münasibətilə onları təbrik edib. Azərbaycanla ərəb ölkələrinin əlaqələrinin möhkəm olduğunu qeyd edən rektor bu münasibətlərin daha da inkişaf edəcəyinə inamını ifadə edib. ADU-da ərəbşünaslıq ixtisasının olduğunu bildirən Kamal Abdulla ərəb ölkələrindəki universitetlərlə Azərbaycandakı ali təhsil müəssisələrinin əlaqələrinin güclənməsinə zərurət olduğunu bildirib və əlavə edib ki, bu istiqamətdə diplomatik korpus nümayəndələrinin köməyinə böyük ehtiyac var.
Rektor Kamal Abdulla ərəb dilinin möhtəşəm və qiymətli, o cümlədən “Qurani-Kərim”in dili olaraq müqəddəs dil olduğunu söyləyib. Ərəb dilinin öyrədilməsinin ADU-nun vacib istiqamətlərindən biri olduğunu deyən rektor Kamal Abdulla bildirib ki, universitetdə çoxsaylı tələbələr ərəb dili ixtisası üzrə təhsil alır və bu dilin zənginliyinə nüfuz edir. Rektor Kamal Abdulla ADU-da bir çox dillərin, o cümlədən ərəb dilinin tədris olunmasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı multikultural siyasətin bariz nümunəsi olduğunu qeyd edib. O, universitetdə ərəb dili ixtisasının genişlənməsi istiqamətində səfirlərin öz töhfələrini verəcəklərini deyib və onları "Səfir saatı" klubunda mühazirə oxumağa dəvət edib. Rektor Kamal Abdulla tədbirdə Azərbaycanı sevən və dəstəkləyən səfirlərin iştirak etdiyini bildirib və onları təbrik edərək ölkələrinə əmin-amanlıq və firavanlıq arzu edib.
Fələstin dövlətinin səfiri Nasir Əbdül Kərim Beynəlxalq Ərəb Dili Günü münasibəti ilə ADU-da olmaqdan şad olduğunu bildirib. Ərəb dilinin 2000 ildən çox tarixə malik olduğunu deyən səfir bu dilin 1400 il bundan əvvəl müsəlmanların müqəddəs kitabı Qurani-Kərim vasitəsi ilə dünyaya səs saldığını qeyd edib. O, ərəb dilinin 800 ilə yaxın dünya irsi, təbabəti, astronomiyası, mədəniyyətinin digər xalqlar arasında tanıdılmasında xüsusi rol oynadığını vurğulayıb. Ərəb dilinin daşıyıcılarının 450 milyondan çox olduğunu deyən səfir Avropa dövlətlərində də bu dildə danışanların sayının kifayət qədər olduğunu, ərəb dilinin bütün müsəlmanları bir araya toplayaraq fikir mübadiləsi aparmağa yardımçı olan yeganə dil olduğunu bildirib. O, möhtəşəm tədbirin təşkilinə görə universitetin rektoru Kamal Abdulla başda olmaqla, əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Sonra Ərəb dünyası və Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Ərəbşünaslıq ixtisasında təhsil alan tələbələr haqqında videoçarx nümayiş olunub.
ADU-nun tələbələrinin ifasında xor və popuri, ərəb dilində “Ya rabbi dum”, “Helva yə bələdi”, “Habibi ya nurul ayn”, “Ya habibi yalla” mahnıları səslənib, fələstinli tələbə Nazih Əl Kilaninin ərəb şeiri söyləyib. Fələstin, İraq və “Dalğa” rəqs qruplarının ifasında “Demak yə cəb”, “Dabke” və digər ərəb rəqsləri təqdim olunub. “Qarabağ yallısı” Azərbaycan milli rəqsi və “Mehriban olaq” mahnısı ifa olunub.
ADU-nun binasında ərəb dövlətlərinin mətbəxi və simvolik əşyalarının sərgisi də keçirilib.
ADU-nun Mətbuat Xidməti