Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin müraciətləri dinlənilib

Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin müraciətləri dinlənilib Fevralın 3-də paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən tehsil-press.az-a bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Bakıdakı 284 nömrəli tam orta məktəbdə keçirilmiş qəbula gələn vətəndaşlar şagird sıxlığı ilə əlaqədar əlavə korpusların tikilməsi, birnövbəli tədrisin təşkili, günüuzadılmış qrupların sayının artırılması və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər