“İslam həmrəyliyi - dünyaya mesaj” layihəsinin təqdimatı olub

“İslam həmrəyliyi - dünyaya mesaj” layihəsinin təqdimatı olub Dekabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Gənc novatorlar” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “İslam həmrəyliyi - dünyaya mesaj” layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbirdə İctimai Birliyin sədrinin müavini Bəhruz Nəzərov Azərbaycanda “İslam Həmrəyliyi İli” çərçivəsində reallaşdırılan “İslam həmrəyliyi – dünyaya mesaj” layihəsi haqqında məlumat verib. Qeyd olunub ki, layihə çərçivəsində eyniadlı sənədli film çəkilib və “Tolerantlıq məkanı – Azərbaycan” adlı kataloq-məlumat kitabçası hazırlanıb.
ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev “İslam həmrəyliyi – dünyaya mesaj” layihəsinin əhəmiyyətindən bəhs edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQDK) sədrinin müavini Səyavuş Heydərov Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildiyini xatırladıb.
DQDK sədrinin müavini, eyni zamanda, Azərbaycanın tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islami dəyərlərin dünyada təbliğinə böyük töhfələr verdiyini diqqətə çatdırıb.
Sonra “İslam həmrəyliyi - dünyaya mesaj” layihəsi çərçivəsində çəkilən filmin təqdimatı olub.
Tədbir iştirakçılarına “Tolerantlıq məkanı – Azərbaycan” kataloq–məlumat kitabçası təqdim edilib.

Hikmət Əliyev


“İslam həmrəyliyi - dünyaya mesaj” layihəsinin təqdimatı olub“İslam həmrəyliyi - dünyaya mesaj” layihəsinin təqdimatı olub“İslam həmrəyliyi - dünyaya mesaj” layihəsinin təqdimatı olub

Oxşar xəbərlər