Səfir Azərbaycanı tərk edir

Səfir Azərbaycanı tərk edir Çexoslovakiyanın ilk kosmonavtı, SSRİ və ÇSSR Qəhrəmanı Vladimir Remek Çexiyanın Rusiyada səfiri vəzifəsini tərk edir.
V.Remek bu postda 4 il çalışıb. Onun mümkün xələfi Vitezslav Pivonka ola bilər.
V.Pivonka 2014-cü ildən Çexiyanın Azərbaycandakı səfirliyinə rəhbərlik edir və tezliklə Bakıdan Moskvaya gedəcəyi bildirilir.
Bundan əvvəl yerli KİV-lər məlumat verirdi ki, 2018-ci ildə 70 yaşı olacaq V.Remek öz istəyi ilə istefaya gedir və vətənində ailəsinə daha çox vaxt ayırmaq istəyir.

Təhsil-press.az

Oxşar xəbərlər