UNEC-də İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib.
“Açıq qapı”da ilk dəfə olaraq tələbə və valideynlərin müraciətini yalnız UNEC İctimai Nəzarət Şurasının üzvləri dinləyib. Şura üzvləri imtahanla bağlı müraciətləri dinlədikdən sonra onların araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüblər.
Görüşdə universitet rəhbərliyinə “Açıq qapı”ya daxil olan müraciətlər barədə məlumat verilib. Bildirilib ki, müraciətlər əsasən qayıb limiti, köçürmə halları və imtahan nəticələrinin artırılması ilə bağlı olub. Rektor müraciətlərin həlli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə şura üzvlərinin iştirakı ilə müvafiq komissiyanın yaradılmasını təklif edib.
“Açıq qapı” günü ilə bağlı təəssüratlarını bölüşən şura üzvləri ötən illərə nisbətdə bu il müraciətlərin sayının xeyli azaldığına diqqət çəkərək, bunu UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərin müsbət nəticəsi kimi qiymətləndiriblər.
Qeyd edək ki, UNEC İctimai Nəzarət Şurasının üzvləri millət vəkili Hikmət Babaoğlu, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, “XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, “Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyinin rəhbəri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Gənclər, Elm və Təhsil” departamentinin direktoru Rauf Rəcəbov, “Səs” İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının rəhbəri Sahib Məmmədov, Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı, “Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü və “525-ci qəzet”in müxbiri Sevinc Qarayevadır.

UNEC-in Mətbuat Xidməti