Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası 2017-ci ildə Şuraya ünvanlanan bütün şikayətlərə baxaraq müvafiq qərarlar qəbul edib.
Şuranın sədri Eldar Nuriyev Azərtac-a bildirib ki, prezidentin təşəbbüsü ilə sahibkarlıq sahəsində yoxlamaların dayandırılması iş adamlarının fəaliyyətinə müdaxilələrin, süni maneələrin, korrupsiya və sui-istifadə hallarının qarşısının alınmasına zəmin yaradıb, qanun pozuntularının, Apellyasiya şuralarına ünvanlanan şikayətlərin sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.
2016-cı illə müqayisədə 2017-ci ildə Prezident yanında Apellyasiya Şurasına daxil olmuş ümumi müraciətlərin sayı 2,9 dəfə, bilavasitə sahibkarlar tərəfindən verilən şikayətlərin sayı 2,2 dəfə azalıb. Şuraya hüquqi və fiziki şəxslərdən 317 müraciət daxil olub.
Onlardan 163 müraciət Şuranın səlahiyyətinə aid olmadığından araşdırılması üçün aidiyyəti qurumlara göndərilib. Həmin şikayətlər əsasən sahibkarlar tərəfindən verilməyən, sahibkarlıq fəaliyyətinə aid olmayan məsələlərlə, habelə cinayət təqibi, məhkəmə işləri, inzibati cərimələr, bank kreditləri, su, qaz, işıq təchizatı ilə əlaqədar olub.
E. Nuriyevin sözlərinə görə, Şuranın səlahiyyətinə aid 154 müraciətdən isə 120-si prosedur qaydalara əməl olunmadan, mərkəzi və ya yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarında baxılmadan birbaşa Prezident yanında Apellyasiya Şurasına verildiyindən həmin orqanlara, onların Apellyasiya şuralarına göndərilib.
Apellyasiya şuralarına göndərilmiş həmin şikayətlərdən 93-ü yerlərdə həll olunub. Şuraya ünvanlanmış 7 müraciət isə təşkilati məsələlər şikayəti təmin olunmuş sahibkarların təşəkkürləri barədə olub.
Ötən il Şuranın icraatına götürülmüş 20 şikayət üzrə müvafiq qərarlar qəbul edilib, 3 müraciət şikayətçilərə qanunvericiliyin tələbi izah edilməklə baxılmamış saxlanılıb, 2 müraciət baxışa çıxarılanadək öz həllini tapdığından geri götürülüb, 2 şikayət isə hazırda baxılma mərhələsindədir.
Tehsil-press.az