Gələn həftədən seçki prosesinə start verilir - Qanun nə deyir?

Gələn həftədən seçki prosesinə start verilir - Qanun nə deyir? Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin sərəncamına uyğun olaraq aprelin 11-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası təqvim planını hazırlayıb ictimaiyyətə təqdim etməlidir.
Bu məqamda Tehsil-press.az Seçki Məcəlləsinə müvafiq maddələrinə əsaslanaraq bəzi məqamları diqqətə çatdırır:
Prezidentliyə namizədlərin irəli sürülməsi- Seçkilərin elan edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra (Maddələr : 3, 53, 54, 180)
Namizədliyin irəli sürülməsinin təsdiq olunub olunmaması barədə əsaslandırılmış qərarın qəbul edilməsi- Sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində (M a d d ə l ə r : 53.6, 54.9)
Azərbaycan Respublikasının Prezidentliyinə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması- Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədliyin irəli sürülməsini təsdiq edən qərarından sonra (M a d d ə l ə r : 56 , 57, 181)
İmza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyü- nün yoxlanılması və namizədin qeydə alınıb alınmaması haqqında qərarın qəbul edilməsi- Sənədlər qəbul edildikdən sonra 7 gün müddətində (M a d d ə l ə r : 60, 182.1)

Tehsil-press.az

Oxşar xəbərlər