Fevralın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Banqladeş Xalq Respublikasının nümayəndə heyəti və SOCAR-AQŞ-nin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı universitetin tarixi, fəxri məzunları, beynəlxalq əlaqələri, həmçinin UFAZ haqqında məlumat verib, hazırda burada üç banqladeşli gəncin təhsil aldığını bildirib.
Rektor banqladeşli tələbələrin sayının artmasının və ADNSU ilə Banqladeşin aparıcı ali məktəbləri arasında tələbə mübadiləsinin, eləcə də təhsil əlaqələrinin genişlənməsinin əhəmiyyətini vurğulayıb.
Sonra əməkdaşlığın inkişaf etdirilməsi, banqladeşli gənclərin ADNSU-ya cəlb olunmaları, həmçinin SOCAR-AQŞ ilə Banqladeşin yeni layihələrinin reallaşdırılmasında ADNSU-da təhsil alan tələbələrin iştirakı məsələləri müzakirə edilib.
Qonaqlar ADNSU-nun tarix muzeyi və laboratoriyaları ilə də tanış olublar.

Hikmət Əliyev