Azərbaycan Tibb Universitetinin (ATU) ortopedik stomatologiya kafedrasında həftənin şənbə günləri tələbələr və rezidentlər üçün ödənişsiz elmi seminarlar təşkil olunur. Artıq ənənə halını alan, nəzəri biliklərini və praktiki bacarıqlarını daha çox artırmaq arzusunda olanların könüllü qatıldığı bu seminarlarda müxtəlif aktual mövzulara dair mühazirələr dinlənilir, diskussiyalar aparılır. “Estetik üz analizləri” mövzusundakı növbəti seminar fevralın 24-də keçirildi.
Kafedranın müdiri, professor Nazim Pənahov bu tip seminarların tələbə və rezidentlər üçün xüsusi əhəmiyyət daşıdığını bildirərək bugünkü seminarın da vacib bir mövzuya həsr olunduğunu dedi: “Diş həkimliyində estetika müasir dövrdə funksiyaya bərabər, hətta funksiyanı bir qədər üstələmiş sahələrdən sayılır. Günümüzün əsas tələbatlarındandır və diş problemi ilə əlaqədar müraciət edən xəstələrin ən çox arzuladıqları da estetikanın bərpasıdır. Estetikanın bərpasına aid bizdə müəyyən dərslər tədris edilsə də, belə seminarlar vasitəsilə tələbələr daha əhatəli bilgi almaq imkanı qazanır”.
“Estetik üz analizləri” mövzusunun nəzəri hissəsi haqqında İstanbul Çapa Tibb Universitetinin məzunu, 10 ilə yaxındır ki, ortopetik stomatologiya kafedrasında çalışan Hənifə xanım Musayevanın çıxış edəcəyini diqqətə çatdıran kafedra müdiri məruzəçi tərəfindən bu sahə üzrə ən müasir biliklərin paylaşılacağına, seminar iştirakçılarının faydalı məlumatlar eşidəcəyinə əminliyini vurğuladı. Eyni zamanda bu seminarın davamı olacaq II hissənin bir müddət sonra diş qüsurlarının vinirlərlə bərpasına həsr ediləcəyini xatırlatdı.
Ortepedik stomatologiyanın məqsəd və vəzifələrindən söz açan kafedranın assistenti Hənifə xanım Musayeva çıxışının əvvəlində mövzuya birbaşa aidiyyatı olan estetika anlayışının etimologiyası üzərində dayandı. Estetik yönümlü tələblərin artdığını, ilk çağlardan günümüzə qədər bütün zamanlarda estetika anlayışının insan övladının diqqətini çəkdiyini söylədi: “Estetika sadəcə gözəl olanı araşdıran bir elmdir. Mühüm olan ideal gözəllikdir. Gözəllik bir canlının, konkret bir obyektin və ya mücərrəd bir anlayışın həzz, məmnuniyyət verən xüsusiyyətidir. Məmnunedici bir xarici görünüş yalnız ictimai və romantik baxımdan deyil, iqtisadi baxımdan da önəmlidir. Fərdin xarici görünüşünə əhəmiyyət verməsi cəmiyyətə təqdim etdiyi imic baxımından da bir lazımlılıq halını almışdır. Üz bölgəsinin böyüklüyü və hərəkətliliyi ilə ən diqqət çəkən qismi olan ağız və dişlər estetik baxımdan xüsusi əhəmiyyət daşıyır”.
Dəyişik çağlarda çeşidli filosovların gözəlliyə verdiyi fərqli tərifləri örnək gətirən məruzəçi “Pifaqorun riyaziyyat və gözəllik arasında güclü bir bağlantının olduğunu kəşf etməsi”ni yada salaraq bildirdi ki, tarix boyunca bütün sənətçilərin, elm adamlarının və dizaynerlərin öz tədqiqatlarında və ya məhsullarını ortaya qoyarkən yararlandıqları “qızıl nisbət” estetik diş həkimliyində də keçərlidir: “Təbəssümün ən vacib konponenti təbii ki, dişlərdir. Dişləri olmayan bir insanın güldüyünü düşünün. Heç də estetik görünmür. Texnoloji inkişaflar sayəsində indiki vaxtda bir xəstənin görünüş və gülüşünü konservativ üsullarla yaxşılaşdırmaq mümkündür. Yaxşı bir estetik diş həkimi natural dişləri çox yaxşı gözləmyi, eləcə də müşahidə etdiyini dişlərə əks etdirə bilən, yaxşı əl praktikasına sahib olan insandır. İndiki vaxtda estetik faktorların əhəmiyyət qazanması və görünüşünü gözəlləşdirmək istəyən xəstələrin sayəsindəki artım diş həkimliyi sektorunu estetik diş həkimliyi sahəsində daha çox inkişafa yönəltmişdir. Estetik diş həkimliyi də digər estetik sahələr kimi insanın özünə olan güvəninin artmasına köməkçi olur”.
Üzün ən önəmli hərəkətli orqanının ağız və dişlər olduğunu, hətta öz üzünü bəyənməyən bir insanın dişlərini gözəlləşdirdikdən sonra estetik əməliyyat fikrindən daşına biləcəyini də vurğulayan H. Musayeva üz analizlərində digər zəruri məqamlara da toxundu: “Xəstə içəri girdiyi andan etibarən bizim müayinəmiz başlamış deməkdir. Çünki xəstə həkimə müraciət edibsə, mütləq bir problemi vardır. Öncə xəstənin bütün ümumi görüntüsünü gözləməliyik. Daha sonra üzün o bütünün içindəki duruşunu və sırası ilə ağızın və dişlərin bütövlükdə üzə nisbətini müəyyənləşdirməliyik. Bizim toplumda estetik görünüşə çox böyük önəm verilir. Buna görə üz analizində xəstəyə uzaq bir məsafədən diqqətlə baxmaqla üzü dəyərləndirilir. İlk zamanda görüş məsafəsi geniş olmalıdır. Üz və çənə uyğunluğunu diqqətlə incələməliyik. Yaxınlaşdıqca sahə daralır və bu da ağız içini görməyə imkan yaradır. Əvvəla, üz bütünlüyünü incələmək lazımdır. Üz bütünlüyü deyəndə ilk növbədə göz, burun və çənənin vəziyyətini nəzərə alırıq. Bu isə bizə estetik müalicə üçün lazım olan istinad nöqtələrinin görünə bilməsinə köməklik edir. Ortopedik stamatologiyada estetik analizlər üçün bir çox istinad cizgiləri vardır. Bunları düzgün edə bilmək üçün xəstənin düzgün mövqedə durması gərəkdir. Yəni xəstə dik vəziyyətdə oturmalı, biz də xəstəyə öndən baxmalıyıq”.
Tələbə və rezidentlərin suallarının da cavablandırıldığı seminarın sonunda stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov bütün iştirkçılarda maraq doğuran geniş, dolğun məruzəyə, mövzunun yüksək səviyyədə təqdimatına görə Hənifə xanıma təşəkkürünü bildirdi.
Hikmət Əliyev