Bu gün sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbində Novruz şənliyi təşkil edilib.
İcra və rayon nümayəndələrinin iştirakı ilə keçirilən şənlikdə məktəb şagirdləri maraqlı səhnəciklər göstərib, rəqs və mahnılar ifa ediblər.
Dram dərnəyinin üzvlərinin iştirakı ilə nümayiş etdirilən “Keçəlin saçı və kosanın saqqalı” adlı tamaşa maraqla izlənilib.
Həmçinin, dəhlizdə düzülmüş məktəb şagirdlərinin əl işləri də qonaqların diqqətindən yayınmayıb. Bildirilib ki, internat məktəbində təhsil alan uşaqlar asudə vaxtlarında şahmat, futbol, xalçaçılıq və rəsmlə məşğul olurlar. Xüsusilə də məktəblilərin hazırladığı xalçalar ictimaiyyət tərəfindən bəyənilir. Əl işlərini sataraq gəlir əldə edən şagirdlər də az deyil.
Baş tərbiyəçi Təranə Quliyevanın sözlərinə görə, məktəbdə sağlamlıq imkanları məhdud uşaqlar təhsil alır: “Əsas da nitqində qüsur olan uşaqlar. Şagirdlərimiz müalicə olunur, 9-cu sinfi bitirəndə tam sağlam halda valideynlərinə təhvil veririk. Ola bilər ki, ağır, gendən gələn xəstəlikləri olan uşaqlar var, onları qismən sağalda bilirik. Moskvadan gələn loqopedlərimiz var, həmin uşaqlarla xüsusi məşğul olurlar. Bir valideynini itirən uşaqlar, aztəminatlı ailələrin övladları çoxdur”.
Hazırda məktəbdə nitq qüsuru olan 174 şagird təhsil alır və yaşayır. Onlara müalicəvi bədən tərbiyəsi və musiqili ritmika dərsləri keçirilir.
Tehsil-press.az