Dekabrın 26-da UNEC-in tələbələri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə sağlamlıq imkanı məhdud olan uşaqlarla görüşüblər.
UNEC-in Biznes və menecment fakültəsinin professor-müəllim heyəti və tələbələri Mərdəkan qəsəbəsində yerləşən 1 saylı sağlamlıq imkanı məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olublar.
UNEC-in Tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova uşaqları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edərək, onlara dərslərində uğurlar arzulayıb. UNEC-də fəaliyyət göstərən Əlilliyi olan tələbələr üçün mərkəzdən bəhs edən S.Qəndilova uşaqlara gələcəkdə təhsillərini UNEC-də davam etdirə biləcəklərini vurğulayıb.
Görüşdə ad günü bu günə təsadüf edən iki uşağın doğum günü də qeyd edilib. Uşaqların hazırladıqları əl işləri ilə tanış olduqdan sonra UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin ifasında konsert proqramı təşkil edilib.
Sonda müəssisənin direktoru Sevinc Məlikova uşaqlara bəxş edilən unudulmaz gün üçün UNEC-in kollektivinə təşəkkür edib.
UNEC-in Mətbuat Xidməti