NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ SİMULYASİYA KEÇİRİLİB

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ SİMULYASİYA KEÇİRİLİB Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsində simulyasiya keçirilib
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsində simulyasiya keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru qeyd edib ki, simulyasiyanın məqsədi dünyada gedən prosesləri daha dərindən mənimsəmək və analiz etməkdir. Qeyd olunub ki, simulyasiya gerçək olmayan bir şeyi gerçəkmiş kimi təqdim etmək, göstərməkdir. Rektor belə tədbirlərin keçirilməsinin tələbələrin dünyagörüşündə mühüm rol oynadığını vurğulayıb.
Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsi tələbələrinin üstünlük təşkil etdiyi simulyasiya Türkiyənin Avropa İttifaqı çərçivəsində İttifaqa üzvlük məsələsinin müzakirəsinə həsr olunub. Sumilyasiyanın məqsədi tələbələrin Avropa İttifaqı çərçivəsində aparılan danışıqlar prosesi ilə əyani şəkildə tanış etmək, tədqiqat bacarıqlarını artırmaq, diplomatik danışıq üslublarını inkişaf etdirmək, xarici dil vərdişlərini artırmaq və.s –dir. Qeyd edək ki, simulyasiyaya artıq 3 aydır hazırlaşan tələbələrlə Beynəlxalq münasibətlər kafedrasının müəlimi Cəbi Quliyev məşğul olub. Tədbir tələbə və müəllimlərin müzakirəsi ilə davam edib.

Hikmət Əliyev


NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ SİMULYASİYA KEÇİRİLİB

Oxşar xəbərlər