Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsinə başlanılıb.
Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.
Müsabiqənin ölkə mərhələsində bütün bölgələrdən olan 104 şagird iştirak edir. Şagirdlər Təhsil Nazirliyində yaradılmış işçi qrupun qarşısında 10 dəqiqəlik təqdimatla çıxış edirlər. Çıxışlar əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında maksimum 10 balla qiymətləndirilir.
Müsabiqənin nəticələrinə əsasən, şagirdlərə diplom, tərifnamə və qiymətli hədiyyələr veriləcək.
Tehsil-press.az