Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələri Cəmilə Quliyeva, Ülvi Ramazanov, Ceyhun Məmmədov və Əli Nəcəfovun hazırladıqları “BOUTA” 4 ulduzlu butik otelin layihələndirilməsi və əsaslandırılması layihəsi “Baku Business Factory (BBF)”də keçirilən layihə yarışmasında birinci yerə layiq görülüb.
Layihələrin son dəyərləndirmə mərhələsində bu universitetin əməkdaşları ilə görüşən BBF-nin idarə heyətinin sədri Anar Əskərov Prezident İlham Əliyevin qeyri-neft sektoruna göstərdiyi diqqətdən danışıb, bu cür layihə yarışlarının iqtisadi sektora müsbət təsir edəcəyini diqqətə çatdırıb.
ATMU-nun marketinq kafedrasının müdiri Anar Eminov müasir turizm təhsilinin planlaşdırılmasında universitet-sənaye əməkdaşlığının əhəmiyyətindən bəhs edib. Bildirilib ki, layihə tələbələrin müvafiq sahədə təcrübə qazanmalarına, əmək bazarında özlərini, ideyalarını lazımi şəkildə təqdimetmə qabiliyyətlərinin artırılmasına xidmət edir.
Universitetin biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev universitet-sənaye əməkdaşlığının hər iki tərəf üçün üstünlüklərindən, xüsusilə turizm sektoru istiqamətində bu formatda əməkdaşlığın daha da səmərəli olmasından danışıb.
Sonda ATMU-nun layihə üzrə əlaqələndiricisi, marketinq kafedrasının müəllimi Uğur Babayevə təşəkkürnamə, tələbələrə isə birincilik diplomları təqdim edilib.
Kəmalə Rəhimli