Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) biznes idarəçiliyi fakültəsinin başlıca missiyası müasir standartlara cavab verən kadr hazırlığını həyata keçirməkdir. Bu baxımdan fakültə 2020-ci ilədək fəaliyyəti ilə bağlı strateji planı təsdiqləyərək milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabətqabiliyyətli kadrların hazırlanmasını başlıca vəzifə kimi qarşıya qoyub. Bütün bunlar “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və “Strateji Yol Xəritəsi”nə uyğun olaraq həyata keçirilir.
A.Mirzəyev diqqətə çatdırıb ki, fakültənin strateji hədəfləri ölkəmizin biznes qurumları ilə mövcud əlaqələrin genişləndirilməsi, dünyanın aparıcı biznes məktəbləri ilə tərəfdaşlıq müqavilələrinin imzalanmasıdır. Həmçinin gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunmalarına dəstək çərçivəsində startup layihələrinin reallaşacağı biznes inkubator mərkəzinin yaradılmasıdır. Qarşıda duran vəzifələrdən biri də tədqiqatyönümlü biznes layihələrinin həyata keçirilməsi üçün ekonometrik modelləşdirmə laboratoriyasının yaradılması və fakültənin biznes məktəbinə çevrilməsidir.

ATMU-nun Mətbuat Xidməti