ADU-da Təmiz aləm bayramı qeyd olunub

ADU-da Təmiz aləm bayramı qeyd olunub Aprelin 4-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə ənənəvi Çin bayramları olan “Hanşi” – soyuq qida bayramı və “Tsinmin” - təmiz aləm bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov yazın gəlişi, həmçinin həlak olmuş qəhrəmanların xatirəsinin simvolu sayılan bayramın yaranma tarixi haqqında danışıb.
Konfutsi İnstitutunun müəllimi Çen Siaocen həmin bayramda ifa olunan nəğmələr və rəqslər, idman yarışları, ilanvari kağızların uçurdulması, şəhərkənarı gəzintilər və yaz fəslində əkin sahələrində görülən işlər barədə məlumat verib.
Tədbirdə “Tsinmin” bayramının əcdadların anım günü kimi qeyd edilməsi ilə yanaşı, baharın gəlişini təcəssüm etdirən bayram olduğu qeyd olunub. Çinlilərin bu bayramı ölkənin müxtəlif regionlarının təamları - Tsinmin meyvələri, qara düyü, qovrulmuş xəmir filetləri, yaşıl düyü topları və digər milli yeməklərdən ibarət ailəvi nahar süfrəsi ətrafında qeyd edildiyi söylənilib.
ADU-nun tələbələri və müəllimlər türk xalqlarında məşhur “mantı” kimi tanınan Çinin müxtəlif tərkibli buxarda bişirilən “baozi” kökələrinin hazırlanması qaydası üzrə ustad dərslərində iştirak ediblər.

ADU-nun Mətbuat Xidməti


ADU-da Təmiz aləm bayramı qeyd olunubADU-da Təmiz aləm bayramı qeyd olunubADU-da Təmiz aləm bayramı qeyd olunubADU-da Təmiz aləm bayramı qeyd olunubADU-da Təmiz aləm bayramı qeyd olunubADU-da Təmiz aləm bayramı qeyd olunub

Oxşar xəbərlər