Məktəblərdə Ümummilli Liderin elm və təhsilin inkişafındakı əvəzolunmaz xidmətlərindən söz açılıb

Məktəblərdə Ümummilli Liderin elm və təhsilin inkişafındakı əvəzolunmaz xidmətlərindən söz açılıb Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində ulu öndər Heydər Əliyevin xatirəsini anma günü ilə əlaqədar konfrans, “dəyirmi masa”, mühazirə və seminarlar təşkil olunub.
Tədbirlərdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub. Dünya şöhrətli siyasi xadim, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, xalqımızın tarixindəki misilsiz xidmətlərindən söz açılıb. Dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsildə də böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb.
Həmçinin Ümummilli Liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ulu öndər Heydər Əliyevin xatirəsinin anma gününün ümumxalq məhəbbətinin təzahürünə çevrildiyi və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağı vurğulanıb.
“Unudulmaz dahi”, “Xalqa bağışlanan ömür”, “Mən azərbaycanlıyam”, “Şəxsiyyətin zirvəsi”, “Heydər Əliyev irsini öyrənirik” və digər mövzularda keçirilən tədbirlərdə məktəblilər Ulu Öndərə həsr olunan şeir və mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar göstərib, görkəmli dövlət xadiminin müdrik kəlamlarından sitatlar səsləndiriblər. Həmçinin Ulu Öndərin həyat və fəaliyyətinə dair videoçarxlar, filmlər izlənilib.
Ümummilli lider Heydər Əliyevin xatirəsini anma günü ilə əlaqədar təhsil müəssisələrində fotostend, sərgi, müsabiqə və idman yarışları da təşkil olunub. Müsabiqə və idman yarışlarının qaliblərinə fəxri fərmanlar təqdim edilib.
Paytaxt məktəblərinin müəllim və şagird kollektivlərinin Heydər Əliyevin xatirəsini anma günü ilə əlaqədar Fəxri xiyabana ziyarətləri təşkil olunub.

Hüseyin Şrəifov


Məktəblərdə Ümummilli Liderin elm və təhsilin inkişafındakı əvəzolunmaz xidmətlərindən söz açılıbMəktəblərdə Ümummilli Liderin elm və təhsilin inkişafındakı əvəzolunmaz xidmətlərindən söz açılıbMəktəblərdə Ümummilli Liderin elm və təhsilin inkişafındakı əvəzolunmaz xidmətlərindən söz açılıb

Oxşar xəbərlər