Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu və “YARAT” Müasir İncəsənət Mərkəzinin birgə təşkilatçılığı ilə “Bakı Çin yeni ilini qeyd edir” adlı konsert proqramı təşkil olunub.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov bildirib ki, Konfutsi İnstitutunun əsas məqsədi Azərbaycan ictimaiyyətini zəngin mədəniyyətə malik olan Çin bayramları, Çinin nadir ruhani mədəniyyəti ilə tanış etmək, Azərbaycan və Çin xalqları arasında ənənəvi dostluq əlaqələrini gücləndirməkdir. Konfutsi İnstitutunun Çin tərəfindən direktoru xanım Li Jihua Azərbaycanda Çin dilinə marağın artırılması və Çin mədəniyyətinin tanıdılması məqsədi ilə bir sıra tədbir və seminarların təşkil olunduğunu qeyd edib.
“YARAT” Müasir İncəsənət Mərkəzinin əməkdaşı Nigar Məmmədli YARAT ailəsinə qoşulan hər kəsin Azərbaycanda və xaricdə müasir mədəniyyət nümunələri ilə tanış olmaq şansı qazandığını söyləyib.
Tədbirdə “Şir rəqsi”, “Balaca alma”, müasir Çin yeni il rəqsi - “ Çin hip-hop”, lentlə ənənəvi Çin rəqsi - “Balaca qız”, Çin xalq mahnıları olan “Sevgi”, “Cinxua”, “Xoşbəxt yeni il”, “Ay işığının altında bambuk” adlı Çin fleyt performansı nümayiş olunub. Eyni zamanda, Çin milli Tay Ci Chuan gimnastikasının əsas üslubları, Çin xəttatlığı haqqında master-klass keçirilib, müxtəlif bayram oyunları təşkil olunub.

ADU-nun Mətbuat Xidməti