Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) birgə təşkilatçılığı ilə paytaxtın Nizami rayonundakı 214 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə və 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasında dövlət qadın siyasəti” mövzusunda tədbir keçirilib.
Bilik Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik, Tarix, Arxeologiya və Etnoqrafiya institutlarının xanım əməkdaşlarının, valideyn, müəllim və yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə məktəbin direktoru Esmira Ağayeva, tarix elmləri doktoru Güllü Yoloğlu, filologiya elmləri doktorları Almaz Ülvi Binnətova, Elnarə Əliyeva, Qətibə Vaqıfqızı, BŞTİ-nin baş məsləhətçisi Yaqut Məmmədova qadınlarımızın AXC və müasir müstəqil Azərbaycanın dövlət quruculuğunda, ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında iştirakından danışıblar.
Azərbaycanın hökmdar, siyasətçi, şair, alim, Milli Qəhrəman qadınlarının dövlətçilik tariximizdə mühüm rolu faktlarla vurğulanıb, müsəlman şərqində və Qafqazda qadınlara seçki hüququnun ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə verildiyi qeyd edilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın genişmiqyaslı ictimai-siyasi fəaliyyətinin dünya birliyi tərəfindən yüksək dəyərləndirildiyi, örnək sayıldığı qeyd edilib. Çıxış edənlər məktəbli qızları vətənsevər, istedadlı, fədakar qadınlardan nümunə götürməyə çağırıblar.
Rəsmi hissədən sonra məktəbin bədii özfəaliyyət kollektivinin üzvləri milli rəqslərimizdən nümunələr ifa edib, mahnı və şeirlər səsləndirib, səhnəciklər göstəriblər.

Hikmət Əliyev