Azərbaycanın yeni müstəqillik qazandığı illərdə parlamentdə dövlət atributları müzakirə olunarkən fikrimiz belə idi ki, Üzeyir Hacıbəyovun bəstələdiyi Azərbaycan Sovet Respublikasının himninin musiqisi qalsın, amma sözləri dəyişilsin.
Bu sözləri millət vəkili Rafael Hüseynovun “himnin sözləri dəyişdirilməlidir” fikrini tehsil-press.az-a şərh edən xalq şairi Sabir Rüstəmxanlı deyib. O bildirib ki, həmin himnin musiqisi son dərəcə gözəl idi:
“Çox maraqlı, gözəl musiqisi var idi. Hətta mən o vaxt – 1991-ci ildə bu himnin musiqisinə söz də yazmışdım. Mənim hazırladığım himnin sözləri belə idi:
Tarix bizə pay ayırıb: Odlar Yurdu, Gözəl vətən,
Damarımda qanım coşur Azərbaycan kəlməsindən.
Dahilərin ölməz eşqi milyonların dodağında
Biz gedirik gələcəyə İstiqlalın sorağında.
Millətimiz haqq yolçusu, haqqın özü dönən deyil,
Bayrağımız üçrənglidir, yüksəldisə enən deyil.
Bu bayraqda ölməz ruhum – həm keçmişdi, həm gələcək,
Yurdumuzun hər nəğməsi Ay-Ulduzla yüksələcək.
Azadlığın yollarında ağarıbdır məğrur başın,
Şəhidlərin al qanıyla yoğrulubdur hər qarışın.
Övladların haray çəkir: “Ucal, ucal, Azərbaycan!
Ey dünyanın özü kimi müdrik qoca, Azərbaycan!”
Yağı düşmən tarix boyu tor qurubdu millətimə,
Əl atıbdı, göz dikibdi göydən gələn qüdrətimə!
Min illərlə yanan ocaq hər rüzgara sönən deyil,
Azadlığa könül verən bu sevdadan dönən deyil!
Qeyd edək ki, millət vəkili Rəfael Hüseynov Milli Məclisdə himnimizin sözlərinin təhrif olunduğunu, “hüququnu dərk edən əsgər” əvəzinə, “hüququndan keçən əsgər” kimi mənası bəlli olmayan misra işlədildiyini bildirib və bunun aradan qaldırılmasının vacibliyini deyib.
Tehsil-press.az