Televiziya və radio kanallarında, saytlarda əskər istifadəçilərin başa düşdüyü, lakin dilimizin lüğət tərkibində olmayan konflikt, kontrol, tendensiya, kriteriya, emosiya, simvol, rezerv, xarakter (daşımaq), skandal, nol və s. sözlər işlədilir.
Bunu Tehsil-press.az-a Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli deyib.
T.Kərimli qeyd edib ki, artıq bu sözlər "dəbə minib" və redaksiyalarda işlənməyə başlanıb.
Akademik hesab edir ki, dilimizin lüğət tərkibində yüz illərlə işlədilmiş, "vətəndaşlıq" qazanmış ərəb mənşəli münaqişə, nəzarət, meyl, meyar, ehtiras, rəmz, ehtiyat, səciyyə (daşımaq), qalmaqal, sıfır sözləri olduğu halda, bu sözləri işlətmək dili yükləmək, qarışıqlıq yaratmaqdan başqa bir şey deyil: "Tarixən şairlərimiz, filosoflarımız, saray əyanlarımız, kübarlar obyektiv və subyektiv səbəblərdən nitqlərində və yazılarında ərəb, fars sözlərindən istifadə ediblər. Bu gün də rus sözlərindən istifadə edilir. Nəticədə minlərlə doğma sözümüz istifadədən çıxaraq arxaikləşib.
T.Kərimli arxaikləşən sözlər kimi donluq (maaş), ayama (ləqəb), qat (mərtəbə), yapıncı (plaş), tərlik (mayka), dönə (dəfə, kərə), dolu (vedrə), elgəzər (səyahətçi), elbasar( işğalçı), damu (cəhənnəm), uçmaq (cənnət), qatır (metis), iskələ (liman), yağı (düşmən), sayru (xəstə), əsrük (sərxoş), bitik ( məktub) və s. sözləri misal göstərib: "Sözsüz ki, doğma sözlər olan yerdə ərəb, fars, Avropa, rus sözlərini işlətmək özü də yolverilməzdir".
T.Kərimli əlavə edib ki, Türkiyə türkcəsindən dilimizə gətirilmiş türk mənşəli özəl, dönəm (dövran, zaman, period), yayım (translyasiya), çağdaş (müasir), sərgiləmək (nümayiş etdirmək) və s. kimi sözlər dilimizin lüğət tərkibini zənginləşdirir və gələcəkdə ümumtürk dilinin yaranmasına doğru atılan addım kimi qiymləndirilə bilər. Lakin "söz", "baxmayaraq" kimi sözlərimiz olduğu halda, Türkiyə türkcəsindən ərəb mənşəli kəlimə, rəğmən kimi sözlərin işlədilməsi yersiz və yolverilməzdir.
Tehsil-press.az