Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsi 5 may 2018-ci il tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçirilib.
Qeyd edək ki, olimpiadanın yarımfinal mərhələsi 29 aprel 2018-ci il tarixində Bakı Mühəndislik Universitetində keçirilib və yarımfinalda 25 ali təhsil müəssisəsindən 62 komanda (hər komanda 3 tələbə) iştirak edib. 14 ali təhsil müəssisəsinin ən yaxşı nəticə göstərmiş 1 komandası final mərhələsinə vəsiqə qazanıb.
Olimpiada beynəlxalq “ACM ICPC” (Ali məktəb tələbələrinin beynəlxalq proqramlaşdırma müsabiqəsi) qaydaları üzrə keçirilib.
Final mərhələsində komandalara 12 alqoritmik məsələni 5 saat ərzində (C, C++, Java, Python, Free Pascal proqramlaşdırma dillərinin birində) kodlaşdırmaq tapşırığı verilib. Proqram kodları PC^2 - Programming Contest Control System kod qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilib.
Final mərhələsinin nəticələrinə əsasən, 1-ci yerə Bakı Mühəndislik Universitetinin BEU Programmers (Mahmud Allahverdiyev, Rəsul Kərimov, Məmməd Hacılı, komanda rəhbəri – Etibar Seyidzadə) komandası layiq görülüb.
2-ci yerə ADA Universitetinin “ADA U1”, 3-cü yerə “Bakı Dövlət Universitetinin “BSU1”, 4-cü yerə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının “Sharper” komandaları layiq görülüblər.
Qaliblər (I-IV yerlər) 17 May – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş tədbirdə “Nar” operatoru və “BestComp Group” şirkətinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və diplomlarla mükafatlandırılacaq.
NAPCAR
BEU ACM & IOI Training Center
BEU ACM Student Chapter
Azerbaijan ACM Chapter
BMU-nun Mətbuat Xidməti