Mayın 10-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib.
Universitetin tədris işləri üzrə prorektoru İranə Əliyeva bu ali təhsil müəssisəsində təşkil olunan tədbirin Heydər Əliyev şəxsiyyətinə böyük məhəbbət və ehtiramdan qaynaqlandığını deyib.
Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin elm və İnkişaf məsələləri üzrə prorektoru Anar Eminov diqqətə çatdırıb ki, tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqı qazanmış Heydər Əliyev XX əsrin sonlarında və XXI əsrin əvvəllərində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin təşəbbüsçüsü və şəriksiz müəllifidir. Ulu Öndər Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə təsdiqləyib.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1991-ci il oktyabrın 18-də elan olunsa da, onun əsl tarixi məhz qurtuluş günündən başlanır. Çünki Ulu Öndərin dediyi kimi, “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”. A.Eminov qeyd edib ki, zəngin təcrübəli və yeni təfəkkürlü siyasətçi Heydər Əliyevin demokratiya epoxasında müstəqil dövlətimizə rəhbərliyi dövründə Azərbaycanda dövlət quruculuğu, iqtisadi inkişaf, beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində davamlı proses başlanıb, ölkədə bütün sahələr üzrə köklü islahatlar aparılıb.
1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanıb. Bunun çox böyük iqtisadi dəyəri ilə yanaşı, siyasi əhəmiyyəti ondan ibarət oldu ki, Azərbaycan dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrildi.
Qədim İpək Yolunun bərpası ideyasını qaldırmaq və onun həyata keçirilməsi işini təşkil etmək isə Heydər Əliyev şəxsiyyətinin regional yox, dünyəvi xarakter daşıdığını sübut edib.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilməsi haqqında müqavilələri bağlamaqla Heydər Əliyev təkcə Azərbaycanın yox, Gürcüstan və Türkiyənin də iqtisadi inkişafına zəmin yaradıb, üstəlik, hərbi təhlükəsizliyi təmin edib. Ümummilli Liderin təxəyyülünün qlobal siyasətə bu uzaqgörən təsiri bütün Qafqaza aid dünya siyasətinin dəyişməsinə səbəb oldu. Böyük dövlətçilik təcrübəsinə malik olan ümummilli lider Heydər Əliyev Şərq və Qərbin qovşağında yerləşən ölkəmizdə hər iki sivilizasiyanın konseptual parametrlərini özündə birləşdirən universal, modern bir dövlət yaratdı. Məhz Ulu Öndərin yaratdığı sabitlik və həyat verdiyi islahatlar Azərbaycanın müstəqilliyini dönməz və əbədi prosesə çevirdi. Bu strateji xətt Prezident İlham Əliyev tərəfindən 15 ildir ki, uğurla davam etdirilir. A.Eminov xalqın və dövlətin gələcəyini məhz yüksək ixtisaslı, peşəkar, vətənpərvər insanlarda görən Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində yüzlərlə gənci təhsil almaq üçün xaricə göndərdiyini vurğulayıb. O deyib: “Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq olunan Dövlət Proqramına əsasən yüzlərlə gənc dünyanın nüfuzlu universitetlərində təhsil alıb. Fəxrlə deyə bilərəm ki, Dövlət Proqramından bəhrələnənlərdən biri ATMU-nun dekanı Rəhman Səfərov və mənəm. Bu imkanı qazandığıma görə çox xoşbəxtəm”.
Ulu öndər Heydər Əliyevin 95 illiyi münasibətilə təşkil olunan tədbirdə ATMU tələbələrinin təqdimat-məruzələri də maraqla qarşılanıb.

Hikmət Əliyev