Dövlət İqtisad Universitetində yeni layihə: “İxtisasçı mütəxəssislərlə görüş”

Dövlət İqtisad Universitetində yeni layihə: “İxtisasçı mütəxəssislərlə görüş” Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İxtisasçı mütəxəssislərlə görüş” adlı yeni layihəyə başlanılıb. Biznes və menecment fakültəsində reallaşdırılan layihə çərçivəsində ixtisasçı mütəxəssislərlə tələbələrin mütəmadi görüşləri keçiriləcək.
Ilk görüşün qonağı “Yello” reklam agentliyinin təsisçisi Namiq Bayramov olub. O, tələbələr qarşısında “İstehlakçı davranışının modelləşdirilməsi” mövzusu ilə çıxış edib. N.Bayramov istehlakçı davranışının genişləndirilmiş modelinin praktikada tətbiqinin əhəmiyyətindən danışıb. Bildirilib ki, bu modelin tətbiqi istər yerli, istərsə də xarici bazarlarda alıcılıq qabiliyyətini artırır, təkrar istehsal prosesini sürətləndirir və müəssisənin rentabelli işləməsinə gətirib çıxarır. Modelin tətbiqi göstərir ki, Azərbaycanda biznes infrastrukturunun sürətli inkişafının əsas səbəblərindən biri də məhz yerli istehsala istehlakçıların müsbət reaksiyasıdır.
Marketinq kafedrasının müdiri, professor Telman İmanov dərsdənkənar saatlarda daha çox praktik görüşlərin keçirilməsinin önəmini qeyd edib, belə tədbirlərin gələcək marketoloqların yaxşı kadr kimi hazırlanmasına töhfə verəcəyini bildirib.

Dövlət İqtisad Universitetində yeni layihə: “İxtisasçı mütəxəssislərlə görüş”

UNEC-in Mətbuat xidməti


Oxşar xəbərlər