Sloveniyada işgüzar səfərdə olan BMU-nun əməkdaşları startap ekosisteminin məşhur tədbirlərindən hesab olunan, regional startap ekosisteminin mərkəzi, PODİM konfransında iştirak ediblər. Dünyanın müxtəlif ölkələrindən investorların, mentorların, startapların və digər maraqlı tərəflərin iştirak etdiyi PODİM konfransı Sloveniyanın Maribor şəhərində, 15-16 may 2018-ci il tarixlərində keçirilib. Çox sayda investorun, 160 startapın qatıldığı PODİM konfransında Sloveniyanın baş naziri də iştirak edib.
Konfransda iştirak edən BMU-nun əməkdaşları (BMU Texnoparkının müdir müavini dosent İsa Qasımov, Texnoparkın mütəxəssisi Tengiz Ağakişiyev və BMU-nun məsləhətçisi Aytac Paşayeva) mentorların məruzələrini dinləməklə yanaşı, işgüzar münasibətlərin qurulması üçün üçün ikitərəfli görüşlər də keşiriblər. Burada öyərnilən təcrübə və konfransın təşkili formatı ilə yaxından tanışlıq, eləcə də dünyanın müxtəlif ölkələrindən gəlmiş tərəflərlə əməkdaşlıq münasibətlərinin qurulması BMU-da innovativ ekosistemin formalaşdırlması üçün faydalı imkanlar verəcəyi şübhəsizdir.
Qeyd edək ki, BMU-nun əməkdaşları “TAİEX” missiyası çərçivəsində “Texnoparkların Planlaşdırılması və İdarə Edilməsi” layihəsi əsasında Sloveniyada işgüzar səfərdədirlər. “TAİEX” missiyası çərçivəsində “Texnoparkların planlaşdırılması və idarə edilməsi haqqında təcrübə” proqramı BMU ilə Ljubljana Texnologiya Parkının birgə əməkdaşlığı əsasında həyata keçirilir.

BMU-nun Mətbuat Xidməti