Seminarda Bolqarıstan Milli və Dünya İqtisadiyyat Universitetinin Biznes Fakültəsindən Diana KOPEVA və Sloveniya Ljubljana Texnologiya Parkından Domen BOLE iştirak edir. Qonaqları qəbul edən universitetin rektoru, professor Havar Məmmədov Bakı Mühəndislik Universitetinin akademik heyəti, maddi-texniki bazası, elmi potensialı və müasir mühəndislik ixtisasları barədə ətraflı məlumat verib. Universitetin yeni yaranmasına baxmayaraq müasir standartlara cavab verən elektron universitet sistemi tətbiq olunur, ingilis dilində təhsil verilir. Eyni zamanda universitetin iş dünyası və xarici universitetlərlə əlaqələri yüksək səviyyədə qurulub. Tempus Erasmus və Mövlana kimi mübadilə proqramları vasitəsi ilə tələbə və müəllimlərimiz xarici universitetlərə gedirlər.
Səmimi qəbula görə təşəkkür edən Bolqarıstan Universitetinin əməkdaşı Diana Kopeva bildirib ki, işlədiyi universitetdə texniki və humanitar ixtisaslar üzrə təhsil verilir. Universitetimizdə 40 müxtəlif tələbə təhsil alır. Bolqarıstan universitetindən gələn heyət BMU-nun laboratoriyalarında olduqlarını və onlarda BMU haqqında yüksək təəssurat yarandığını qeyd ediblər.
Rektorla görüşdən sonra universitetin texnoparkında seminarın ilk günü başlayıb. Texnoparkın əməkdaşı Aytac Paşayeva Azərbaycanda ekosistemin vəziyyəti və inkişafı üçün görülən işlər barədə ətraflı məlumat verib. Bakı Mühəndislik Universitetinin Texnoparkının ölkə ekosisteminə tövhə verməsi üçün burada görülən işlərlə qonaqları tanış edib. Qeyd edib ki, texnoparkda tədbirlər planı hazırlanıb və bu plana uyğun işlər yerinə yetirilir. Texnoparkımızın startaplarla iş üzrə təcrübəsi var. Bu yaxınlarda 35 ölkənin iştirak etdiyi beynəlxalq startap müsabiqəsində texnoparkımızı təmsil edən startap layihəsi ilk 15-ə düşüb. İndiyədək texnoparkda bir sıra layihələr həyata keçirilib və bir çox layihənin də üzərində işlər görülür. Biz əsasən tələbələrimizin ideyalarını startapa və hazır məhsula çevirmələri istiqamətində işləyirik. Düşünürük ki, tələbələrimizin ideyalarının startaplara çevrilməsi və şirkətləşməsi universitetə əlavə gəlir gətirəcək.
Sloveniya Ljubljana Texnologiya Parkının nümayəndəsi Domen BOLE çıxışında qeyd edib ki, bzim əsas məqsədimiz sizin texnoparkınızın potensialı və məhsulları ilə tanış olmaqdır. Bizə maraqlıdır ki, sizin şirkətlərlə əlaqələriniz necə qurulur? Sizin məhsullarınız biznes tələblərinə cavab verirmi? Siz texnoparkda həyata keçirdiyiniz prossesdə nə kimi çətinliklərlə üzləşirsiniz. Və universitet olaraq şirkətlərdə çalışan mütəxəssislərə peşəkarlığın artırılması üçün hansı təkliflərlə çıxış etmisiniz?
Sloveniyalı mütəxəssisi maraqlandıran məsələlərə universitetin Mexanika kafedrasının müdiri Yadullah Babayev cavab verib. O, bildirib ki, Azərbaycanda ilk universitet texnoparkının qurucularından biridir. Ölkəmizdə texnopark və universitet–sənaye əlaqələri yeni bir sahədir. Amma bu işlər Bakı Mühəndislik Universitetində yüksək səviyyədə qurulur. Universitetdə Müəssisələrlə əlaqələr üzrə departament fəaliyyət göstərir. Əsasən iqtisadiyyat və İT mühəndisliyi sahəsində uğurlu nəticələr var. Mexanika mühəndisliyinə əvvələr ölkəmizdə əsasən neft-qaz sənayesində ehtiyac olurdu. Son illər isə istifadəyə verilən sənaye komplekslərinin olması mexanika mühəndislərinə tələbatı artırıb. Universitetimizdə müasir mühəndislik laboratoriyalarının və texnoparkın olması yüksək səviyyəli mütəxəssis yetişdirməyə imkan verir. Sənaye kompleksləri ilə olan əlaqə sayəsində tələbələrimiz istehsalat prossesi ilə də tanış olma imkanına nail olub. Şirkətlərlə əməkdaşlıq sayəsində şirkət əməkdaşlarına təlimlər də keçirilir.
Seminarda BMU-nun Memarlıq və İnşaat kafedrasının müdiri professor Sabir Orucov, İT kafedrasının baş müəllimi Xəyyam Məsiyev və digər əməkdaşlar texnoparkda həyata keçirdikləri işlər və planları barədə məruzə ilə çıxış ediblər.
BMU-nun Mətbuat Xidməti