Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi (DFJD) İctimai Birliyi tərəfindən növbəti “diaspor dərsi” mayın 25-də Bakı Avrasiya Universitetində (BAAU) keçirilib.
Prorektor Səyavuş Qasımov DFJD-nin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin tələbələrin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.
DFJD-nin sədri Fuad Hüseynzadə qeyd edib ki, “diaspor dərsi” Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub. F.Hüseynzadə məlumat və maarifləndirmə xarakterli tədbirdə Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər, xaricdəki tələbə və gənclərimizin diaspor fəaliyyətinin perspektivləri, gənclərimizin informasiya müharibəsinin aparılmasında rolu mövzularından ətraflı danışıb.
Daha sonra Bakı Avrasiya Universitetinin məzunu, Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadə “Skype” vasitəsi ilə “diaspor dərsi”nə qoşulub və öz fikirlərini tələbələrlə bölüşüb.
Tədbirdə “Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli Azərbaycan diasporunun erməni diasporuna qarşı mübarizəsindən danışaraq gəncləri informasiya müharibəsində aktiv olmağa səsləyib.
Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistri, “Həmrəy” İctimai Birliyinin sədr müavini Elvin Babayev qeyd edib ki, müasir dövrdə hər bir gəncimiz istər ölkə daxilində, istərsə də xaricdə ictimai fəallıq göstərib özünü təsdiq edə bilər.

Hüseyn Şərifov