Ölkəmiz “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” beynəlxalq şəbəkəsinə (Health Behaviour in School-aged Children - HBSC) - məktəbyaşlı uşaqların sağlam davranışları ilə əlaqədar beynəlxalq səviyyədə aparılan araşdırmalarda əməkdaşlıq edən tədqiqatçıların ittifaqına üzvlüyə qəbul olunub.
Şəbəkə 45 üzv ölkədən ibarət olan 11, 13, və 15 yaşlı məktəbli uşaqların iştirakı ilə, bütün üzv ölkələrdə dörd ildən bir keçirilən sorğularla onların sağlamlıq, rifah və sosial problemlərini müəyyən edir.
Azərbaycanın bu beynəlxalq əməkdaşlıqda üzvlüyü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınır və dəstəklənir.
Xatırladaq ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 2017-ci ilin aprel ayında pilot layihə olaraq Azərbaycanın Bakı, Xızı və Sumqayıt şəhərlərinin hər birində 5 məktəb olmaqla, 5, 7 və 9-cu sinif şagirdləri arasında “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi”nə dair sorğu keçirilib. Pilot sorğu Azərbaycanın HBSC şəbəkəsinə qoşulmasının birinci addımı olub. Sorğu tamamlandıqdan sonra əldə edilmiş məlumatlar təhlil edildi və nəticələr əsasında hesabat hazırlanıb.
İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin rəhbəri həmin sorğu ilə bağlı hazırlanmış hesabatla iyunun 19-da Norveçin Bergen şəhərində keçirilmiş “Məktəbyaşlı uşaqlar arasında sağlam davranışların tədqiqi” üzrə beynəlxalq şəbəkənin konfransında iştirak edib.
O, konfrans içtirakçılarına Azərbaycanda keçirilən sorğu zamanı qazanılan nailiyyətlər, çətinliklər, ümumiyyətlə, metodologiyanın tədqiqi ilə bağlı texniki məsələlər və əldə edilmiş ilkin nəticələr barədə məlumat verib.
Azərbaycanda keçirilmiş pilot sorğunun uğurlu sayılması nəticəsində ölkəmiz “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” beynəlxalq şəbəkəsinə üzv seçilib. Bununla da Azərbaycan cari ilin payız aylarında HBSC tədqiqatının ölkə üzrə iri miqyasda aparılması hüququnu əldə edib.
Kəmalə Rəhimli