Təhsil almaq üçün Azərbaycandan Estoniyaya gələn tələbələrin sayı son illər xeyli artıb. Bunu Estoniyanın təhsil və elm naziri Maylis Reps deyib. Estoniyalı nazir azərbaycandan olan gənclər üçün hansı ali məktəblərin və təhsil sahələrinin maraqlı ola biləcəyindən danışıb.
- Əgər on il əvvəl Azərbaycandan ildə cəmi 2-3 tələbə oxumaq üçün bizə gəlirdisə, inişil onların sayı 19 nəfərə, ötən il 31 nəfərə çatdı, bu il artıq təqribən 50 nəfər gəlib. Çox xoşdur ki, Azərbaycandan olan tələbələr arasında ölkəmizə tələbat getdikcə artır. Ümidvarıq ki, təhsil almaq üçün münasib ölkə kimi Estoniyanın populyarlığı bundan sonra da artacaq, bizim təhsil ocaqlarımız isə öz bilik və bacarıqlarını məmnuniyyətlə bölüşəcəklər.
Çox istərdik ki, Azərbaycandan Estoniyaya daha çox tələbə gəlib təhsilin necə təşkil edildiyini görsün. Məsələn, onlar ali məktəb nəzdində özlərinə mentor tapa, yaxud müəyyən müddət ərzində “kölgə” ola bilərlər. Bəli, bizdə belə təcrübə də var. Maraqlananlar gəlib müəllim, yaxud tələbənin iş və tədris gününün necə təşkil edildiyinə baxa bilərlər. Şübhəsiz ki, Azərbaycanın təhsil ocaqlarında da belə bir təcrübə həm tələbələrimizə, həm də müəllimlərimizə faydalı olardı.
Biz tədris proqramlarının, keyfiyyətli təhsilin, maliyyələşdirmənin təmin edilməsi sistemlərinin inkişafı və tətbiqi, əlaqədar qrupların cəlb olunması sahəsində təcrübə mübadiləsinə daha çox maraq göstəririk.
Bütövlükdə əcnəbi tələbələr Estoniyanın bütün ali, tətbiqi və peşə təhsili ocaqlarını məmnuniyyətlə qəbul edirlər. Məsələn, Yarvamaa Peşə Təhsili Mərkəzi Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərir. Bu təhsil ocağının birgə layihələrə dair konkret təklifləri də var.
Estoniyanın qocaman ali məktəbinin - Tartu Universitetinin rektoru 2013-cü ildə Bakı Dövlət Universitetində olub. Səfər bu universitetlər arasında ikitərəfli müqavilənin imzalanması ilə nəticələnib. Fakültələr və ya digər akademik vahidlər səviyyəsində əməkdaşlığı nəzərdə tutan müqaviləyə görə, ali məktəblər birgə layihələr də, hər hansı digər elmi əməkdaşlığı da reallaşdıra bilərlər.
Estoniyanın digər iri universiteti – Tallinn Universiteti 2011-ci ildən “Erasmus Mundus” proqramının layihələri çərçivəsində Azərbaycanla əməkdaşlıq edir. Bundan əlavə, Tallinn Universitetinin İnformasiya Elmləri İnstitutu Aİ-nin tərəfdaşı olan ölkələrdə ali təhsil sistemlərinin modernləşdirilməsinə yönəldilən Avropanın “Tempus” proqramı çərçivəsində Azərbaycanın ali məktəbləri ilə işləyir. Biz Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq haqqında da memorandum imzalamışıq. Azərbaycanlı tələbələr gəlib həm Tartu Universitetində, həm də Tallinn Texniki Universitetində təhsil ala bilərlər - yəni Estoniyanın ən iri ali məktəblərinin qapıları onların üzünə açıqdır.
Biz ixtisasartırmaya, yəni yaşlı insanların təhsilinə də böyük diqqət yetiririk. Məsələn, Estoniya Xarici İşlər Nazirliyi Azərbaycanın səhiyyə sektorunun inkişafına yönələn layihələrdən birinə dəstək göstərib. Xəstəxana rəhbərləri və həkimləri üçün müxtəlif maarifləndirici seminarlar təşkil edilib. Qeyd etmək lazımdır ki, belə birgə tədbirlər lazımlı tanışlıqlar əldə etməyə kömək edir və çox vaxt məhz şəxsi əlaqələr əməkdaşlığı daha səmərəli edir.
Bir il əvvəl Bakıda hökumətlərarası komissiyanın iclası olub. İclasda ölkələrimiz arasında əməkdaşlıq məsələləri də müzakirə edilib. Qida sənayesi, maşınqayırma, elektronika, toxuculuq, ağac emalı və şübhəsiz ki, turizm əməkdaşlıq üçün daha perspektivli sahələr adlandırılıb. Əminəm ki, tələbə mübadiləsi də bu sahələrdə qarşılıqlı münasibətlərin inkişafına kömək edəcək.
-Təhsil sahəsində ikitərəfli əlaqələrin müqavilə-hüquqi bazası varmı?
-Əlbəttə, var. Estoniya ilə Azərbaycanın təhsil nazirlikləri arasında elm və təhsil sahələrində əməkdaşlıq haqqında müqavilə hələ 2010-cu ilin aprelində imzalanıb. Bu müqavilədə təhsil sahəsinin əsas aspektləri müəyyən olunub. Müqaviləyə əsasən, tərəflər bir-birinə hərtərəfli yardım kömək göstərmək, məsələn, tələbə mübadiləsi aparmaq, təqaüdlərin səfirlik vasitəsilə alınmasına şərait yaratmaq, ixtisas diplomlarını ENIC/NARIC mərkəzləri vasitəsilə qarşılıqlı tanımaq və s. istəyirlər.
- Xanım nazir, Estoniyada həyata keçirilən təhsil layihələrində Azərbaycan diasporunun gənc nümayəndələrinin iştirakı barədə öyrənmək istərdik. Diasporun Estoniyanın elmi və ictimai həyatına cəlb olunması üçün hansı layihələr nəzərdə tutulub?
-Estoniyadakı Azərbaycan diasporu çox fəaldır. Azərbaycan Mədəniyyət Mərkəzi müntəzəm olaraq Azərbaycan mədəniyyəti ilə tanışlığa istiqamətlənən tədbirlər keçirir. Məsələn, Estoniya Respublikasının 100 illiyinin bayram edilməsi çərçivəsində Tallindəki məktəblərindən birində Azərbaycan günü keçirilib. Həmin gün şagirdlər Azərbaycanın milli adət-ənənələri və mətbəxi ilə tanış olublar. Estoniya Mədəniyyət Nazirliyi milli azlıqlara maliyyə dəstəyi göstərir. Bu vəsait gənclər layihələrinə, maraqlar üzrə təhsilə də sərf olunur. Tallində iki bazar günü məktəbi fəaliyyət göstərir. Onların hər birində təqribən 20 şagird oxuyur. Yerli diasporun öz identikliyini qoruyub saxlamaq və Estoniyanın ictimai həyatında yaxından iştirak etmək imkanına malik olması bizim üçün əhəmiyyətlidir. Hesab edirəm ki, başqa mədəniyyətlərlə təmas qurulmasını hərtərəfli təşviq etmək lazımdır, axı bu, mədəni mübadilə prosesinin bütün iştirakçılarını zənginləşdirir.

Nigar Cəfərli