Həmvətənimiz Vüsal Hacıyev Almaniyanın tibb üzrə ali elmi dərəcəsinə layiq görülüb

Həmvətənimiz Vüsal Hacıyev Almaniyanın tibb üzrə ali elmi dərəcəsinə layiq görülüb Həmvətənimiz Vüsal Hacıyev Almaniyanın Charite Universitetinin təşkilatçılığı ilə Berlin Dram Teatrında (Konzerthaus) “Ürək transplantasiyasından sonra trikuspidal qapağın çatışmazlığının risk faktorları” adlı doktorluq dissertasiyasını müdafiə edib. V.Hacıyev bunun nəticəsində Charite Universitetinin kollegiyası, baş direktor, universitetin professoru Karl Maks Aynhaupl, universitetin dekanı professor Aleks Radlax Pries tərəfindən “Tibb üzrə elmlər doktoru” elmi dərəcəsinə layiq görülüb.
Tədbirə qatılan Almaniyanın tibb sahəsində qabaqcıl alimləri, həkimlər, elmlər namizədləri, elmlər doktorları həmvətənimizin uğurunu gurultulu alqışlarla təbrik ediblər.
Qeyd edək ki, Vüsal Hacıyev 2001-ci ildə Təhsil Nazirliyinin dövlət təqaüd proqramı ilə tibb təhsili almaq üçün Çexiyanın ən nüfuzlu Karles Universitetinə yollanıb. O, 2009-cu ildə universiteti bitirdikdən sonra Berlindəki Almaniya Ürək Mərkəzinin (Deutsches Herzzentrum Berlin) direktoru, dünya şöhrətli professor Roland Hetzerin rəhbərliyi altında ürək cərrahiyyəsi üzrə rezidentura pilləsinə daxil olub.
Hazırda ürək cərrahı vəzifəsində çalışan V.Hacıyev 2010-cu ildən başlayaraq ürək transplantasiyası əməliyyatından sonra trikuspidal qapağın çatışmazlığı mövzusunda araşdırma aparır.

Həmvətənimiz Vüsal Hacıyev Almaniyanın tibb üzrə ali elmi dərəcəsinə layiq görülübHəmvətənimiz Vüsal Hacıyev Almaniyanın tibb üzrə ali elmi dərəcəsinə layiq görülüb

Tehsil-press.az

Oxşar xəbərlər