Bu gün paytaxtın Şamaxinka adlanan hissəsində “Yeni med” klinikasının qarşısında orta yaşlı kişinin vəziyyəti pisləşib.
Küçədə gedən insanlar ona yardım etmək üçün sözügedən klinikanın həkimlərinə müraciət ediblər. Maraqlısı isə budur ki, klinikada kardioloq ola-ola heç kim həmin şəxsin köməyinə gəlməyib. Həkimlərdən ümidini kəsən insanlar kişini yerindən qaldırıb və “20 Yanvar”da yerləşən xəstəxanaların birinə aparmağa cəhd edib. Lakin xəstə yolda dünyasını dəyişib.
Qeyd edək ki, vətəndaşlar hadisə yerindən çəkdikləri videonu da saytımıza göndəriblər.
Tehsil-press.az