Küçədə polis infarktdan öldü - 3 ay əvvəl atası ilə qardaşını itirib

Küçədə polis infarktdan öldü - 3 ay əvvəl atası ilə qardaşını itirib Bu gün səhər saatlarında DYP-nin Qaradağ stasionar postunun əməkdaşı, 1968-ci il təvəllüdlü polis serjantı Əşrəf Ağagül oğlu Orucov qəfil ürəktutmadan dünyasını dəyişib.
İşdən çıxıb yaşadığı Xırdalan qəsəbəsinə çatan Ə.Orucovun ürəyində qəfil ağrı baş qaldırdığı üçün yaxınlıqdakı aptekdən dərman almaq istəsə də, elə aptekin qarşısında dünyasını dəyişib.
Qeyd edək ki, 3 ay əvvəl mərhumun atası və qardaşı eyni gündə dünyasını dəyişmişdi. Belə ki, bu il fevral ayının 20-də Bakı şəhərindəki xəstəxanalardan birinə yerləşdirilmiş atasına aptekdən dərman alaraq yolu keçmək istəyən Biləsuvar rayon sakini Tarıqulu Orucovu maşın vuraraq öldürmüşdü. Xəstəxanada oğlunun ölüm xəbərini eşidən ata da bu acı xəbərdən dünyasını dəyişmişdi.
Əşrəf Orucov bu gün anadan olduğu Biləsuvar rayonunda torpağa tapşırılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər