İndoneziya səfiri ADU-nun fəxri professoru adına layiq görülüb

İndoneziya səfiri ADU-nun fəxri professoru adına layiq görülüb Azərbaycan Dillər Universiteti (ADU) Elmi Şurasının 4 iyul 2018-ci il tarixli iclasının qərarı ilə (protokol № 19) İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fanani ADU-nun fəxri professoru adına layiq görülüb.
Tədbirdə Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti, İndoneziya Respublikasının Xalq Məşvərət Şurasının nümayəndələri və İndoneziya Respublikasının ölkəmizdəki səfirliyinin əməkdaşları iştirak ediblər.
İndoneziyalı qonaqları və şura üzvlərini salamlayan Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü Kamalla Abdulla ADU-da müxtəlif ölkələrin dillərinin və mədəniyyətlərinin yüksək səviyyədə təbliğ olunduğunu bildirib. Rektor qeyd edib ki, bu dillər və mədəniyyətlər sırasında İndoneziya dili və mədəniyyəti də xüsusi yer tutur:
"2007-ci ildən universitetimizdə İndoneziya dili tədris olunur. 2010-cu ildən etibarən isə ADU-da İndoneziya Araşdırmaları Mərkəzi fəaliyyət göstərir. İndoneziyaşünaslıq ixtisası üzrə təhsillərini başa vurmuş onlarla məzunumuz həm ölkəmizdə, həm də xaricdə bu istiqamət üzrə yüksək səviyyədə çalışırlar".
ADU-nun İndoneziya Araşdırmaları Mərkəzinin İndoneziya universitetləri ilə sıx əməkdaşlıq etdiyini qeyd edən rektor bildirib ki, bu əməkdaşlıqda səfir Husnan Bey Fananinin çox böyük əməyi var:
"Cənab səfir Husnan Bey Fananinin Azərbaycan Dillər Universiteti ilə İndoneziya universitetləri arasında sıx əməkdaşlıq qurmaqda xüsusi xidmətləri var. Hazırda tələbələrimiz İndoneziyada təhsillərini davam etdirir, elmi tədiqat işləri aparırlar. Xoş haldır ki, İndoneziya universitetlərində də Azərbaycan dili və mədəniyyəti təbliğ olunur".
K.Abdulla əlavə edib ki, son bir ildə İndoneziyadan çox yüksək səviyyəli qonaqlar, dövlət xadimləri, elm və mədəniyyət işçiləri ADU-da olublar. Rektor qonaqların Azərbaycan Dillər Universiteti ilə bağlı müsbət fikirlərinin formalaşmasında cənab səfirin böyük rolu olduğunu vurğulayıb:
"Husnan Bey Fananinin fəaliyyəti təkcə bununla kifayətlənmir. Cənab səfir semestr ərzində Azərbaycan Dillər Universitetinin İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə İndoneziyanın siyasi kursu və İndoneziyanın siyasi sistemi fənlərini tədris edib. Eyni zamanda Husnan Bey Fanani dünyada tanınan alimlərdəndir. O, çox əhəmiyyətli kitabların müəllifidir və yazdığı əsərlər dünyada maraqla öyrənilir".
Sonra Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fananiyə ADU-nun fəxri professoru diplomunu təqdim edib.
Səfir Husnan Bey Fanani Azərbaycan Dillər Universitetinin rəhbərliyinə, akademik-müəllim heyətinə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan və İndoneziya arasında dostluq və qardaşlıq münasibətləri yüksək səviyyədə davam edir:
"Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri günü-gündən inkişaf edir. Azərbaycan Dillər Universitetinin fəxri professoru adına layiq görülməyimdən şərəf hissi keçirirəm. Bu həm mənim, həm ailəm, həm də xalqım üçün uca bir addır. Bu etimad xalqlarımız arasında möhkəm qardaşlıq əlaqələrinin bariz nümunəsidir".
Səfir əlavə edib ki, Azərbaycan və İndoneziya gəncləri xalqlarımızın dəyərlərini daha da irəli aparacaq:
"Əlaqələrimiz bütün sahələrdə özünü göstərir. Həm siyasi, həm iqtisadi, həm təhsil, həm də digər sahələrdə çox yüksək səviyyədə əlaqələr qurmuşuq və davam etdiririk. Mən inanıram ki, gənclərimiz dəyərlərimizi daha da irəli aparacaq".
Səfir cənab Husnan Bey Fanani Azərbaycan Dillər Universitetinə hər zaman dəstək olacağına söz verib:
"İndoneziya və Azərbaycan universitetləri arasında da əməkdaşlıq yüksək səviyyədədir. Söz verirəm ki, harada olmağımdan asılı olmayaraq bu istiqamətlərin daha da inkişaf etməsi üçün Azərbaycan Dillər Universitetinə daim dəstək olacağam".
Sonda səfir Husnan Bey Fanani pianoda Azərbaycan və İndoneziya musiqilərini ifa edib.

ADU-nun Mətbuat Xidməti


İndoneziya səfiri ADU-nun fəxri professoru adına layiq görülübİndoneziya səfiri ADU-nun fəxri professoru adına layiq görülübİndoneziya səfiri ADU-nun fəxri professoru adına layiq görülübİndoneziya səfiri ADU-nun fəxri professoru adına layiq görülübİndoneziya səfiri ADU-nun fəxri professoru adına layiq görülübİndoneziya səfiri ADU-nun fəxri professoru adına layiq görülübİndoneziya səfiri ADU-nun fəxri professoru adına layiq görülüb

Oxşar xəbərlər