Moqerini: Aİ-nin "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyünə dair qəti mövqeyi var

Moqerini: Aİ-nin Avropa İttifaqı (Aİ) "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyünə dair qəti mövqeyi var.
Bu barədə Aİ-nin diplomatik xidməti xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Federika Moqerini Brüsseldə Avropa İttifaqı Şurasının iclasının yekunlarına dair mətbuat konfransında deyib.
F.Moqerini bildirib: "Bütün nazirlərin bu gün təsdiqlədiyi şeyi vurlumaq üçün mühüm gündür: Avropa İttifaqının bizim şərq tərəfdaş ölkələrimizin ərazi bütövlüyü və suverenliyinə dair konsolidasiya edilmiş qəti mövqeyi var".
Nazir qeyd edib ki, Aİ "Şərq Tərəfdaşlığı" çərçivəsində hər altı tərəfdaş ölkə ilə münasibətlərində aşkar irəliləyişi görür: "Biz hər bir ölkə ilə 2020-ci ilədək konkret 20-nin icrası çərçivəsində qəbul olunan qərarların həyata keçirilməsi üçün sıx əməkdaşlıq edirik".
Xüsusilə, F.Moqerini qeyd edib ki, Aİ və Azərbaycan ötən həftə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı ilə tərəfdaşlığın prioritetlərini paraflayıb.

Tehsil-press.az



Oxşar xəbərlər