ABŞ alimləri: Otaq bitkiləri havanın təmizliyinə nəzarət edə bilər

ABŞ alimləri: Otaq bitkiləri havanın təmizliyinə nəzarət edə bilər ABŞ-ın Tennessi Universitetinin alimləri evdəki hava təmizliyinə nəzarət üçün otaq bitkilərindən istifadəni təklif ediblər. Onların fikrincə, modifikasiya edilmiş otaq bitkiləri havadakı zərərli maddələrin detektoru ola bilər.
Bitkilər havadakı zərərli maddələrlə təmasda olduqda rəngini və parıltısını dəyişə bilir. Bu, meduzadan əldə olunan xüsusi yaşıl floresan zülalın bitkiyə əlavə edilməsindən irəli gəlir.
Yeni yaradılan bitki növləri radon kimi təhlükəli maddələrə və havada insan sağlamlığı üçün təhlükəli olan birləşmələrə reaksiya verə biləcək.

Tehsil-press.az

Oxşar xəbərlər