Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün vaxtı bilindi

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün vaxtı bilindi BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə razılıq əldə olunub.
Bu barədə Tehsil-press.az-a Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. XİN rəsmisi əlavə edib ki, görüşün sentyabrda baş tutacağı gözlənilir.
H.Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın nazirlər arasında görüşə dair konkret razılığın olmaması barədə açıqlamasını şərh edərkən deyib ki, həmin görüşdən əvvəl də görüş keçirilməsi məsələsi var:
“Prinsipial razılıq əldə olunub ki, nazirlər BMT Baş Assambleyası çərçivəsində görüşsünlər. Ondan öncə də görüşün keçirilməsi barədə məsələyə baxılır. O ki qaldı Tiqran Balayanın dediyinə, onun yəqin bu məsələlərdən xəbəri yoxdur”.

Tehsil-press.az

Oxşar xəbərlər