“Men dakka dukka” - Ərdoğan ABŞ-a ərəbcə səsləndi

“Men dakka dukka” - Ərdoğan ABŞ-a ərəbcə səsləndi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sanksiyalar tətbiq edən ABŞ hökumətinə səslənib.
Ərdoğan Trabzondakı çıxışı zamanı Amerikanın polad və alüminiuma sanksiya tətbiq etməsini pisləyib:
“Amerika, bax! Dünya Ticarət Təşkilatı var. Bu təşkilatın daxilində sənin özbaşınalığın ola bilməz. Biz beynəlxalq hüquqa əsasən hərəkət edəcəyik. Hüquq tanımama anlayışı Türkiyədə yoxdur. Biz ABŞ-ı hüquqa dəvət edirik. Biz NATO-da müttəfiq deyilik? Bu ortaqlığı niyə pozursunuz? Sənin adamının günahı, terror təşkilatı ilə əlaqəsi varsa, məhkəmə nə cəza versə, odur. Sən “Xalqbank”ın baş direktor müavinini heç bir günahı olmadan həbs edəcəksən, banka sanksiya tətbiq edəcəksən, sonra? “Siz etdiniz, biz də edirik” demirik. Cinayət törədən cəzasını çəkəcək. Bu günədək Amerika ilə heç vaxt pis olmaq istəmədik. Amma əgər belə gedəcəksə, ərəblərin bir sözü var: “Men dakka dukka”. Biz də bunu edirik”.

Tehsil-press.az

Oxşar xəbərlər