4 ölkə BİRLƏŞSƏ...- İngiltərə ABŞ-ın çöküş ssenarisini AÇIQLADI

4 ölkə BİRLƏŞSƏ...- İngiltərə ABŞ-ın çöküş ssenarisini AÇIQLADI “Türkiyə, Çin, Rusiya və İran biləşərsə, ABŞ-ın bütün planları puça çıxacaq”.
Bu sözləri ingiltərəli jurnalist və Oksford Araşdırmalar Universitetinin müdiri Mark Almond “Gündəlik Teleqraf” qəzetində dərc edilən məqaləsində qeyd edib.
Jurnalist analizdə ABŞ prezidenti Donald Trampın bir çox ölkəyə sanksiya tətbiq etməklə bu ölkələri bir araya gəlməyə məcbur etdiyini bildirib. Trampın sanksiyaları nəticəsində boğazlardan Pekinə qədər yeni bir istiqamətin yaranacağını ehtimal edən Almond sanksiyaya məruz qalan ölkələrin ABŞ-ı küncə sıxışdıra biləcəyini deyib.
“Sanksiyaların məqsədi bir dövləti təcrid etmək deyilmi? Boğazlardan Pekinə qədər bir xaricedilmişlər bölgəsi qurmaq bumeranq effekti yarada bilər. Trampın bir sonrakı həmləsini düşünmədiyi ölkələrə sanksiya tətbiq etməsi ölkələrin ittifaqını yaradacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın həmlələrinə qarşı ölkəsinin yeni dostlar qazanacağını elan etdi və Rusiya prezidenti ilə telefonda görüşərək istiqamətini dəyişmək mesajını verdi. Türkiyə açar möqvedədir, çünki NATO-nun üzvüdür. Türkiyənin Avopa ilə Asiyanın kəsişməsində yerləşməsi, İran, İraq, Suriya və Rusiya ilə qonşu olması Vaşinqtonun bu ölkəni hər zaman NATO-da görmək üçün səbəbdir. Pakistan indidən Türkiyənin yanında olduğunu elan etdi. Rusiya yaxın dövrdə Pakistana ABŞ-ın saxladığı hərbi təlim və tədarük dəstəyinin yerinə yardım təklif etdi”-, Almond qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər