Hörmətli həmkarlar!
Sizi dünya müsəlmanlarının mənəvi kamillik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət, doğma Azərbaycanımızın tərəqqisi, dəniz nəqliyyatının inkişafı naminə çətin və şərəfli işinizdə uğurlar arzulayıram.
Bəşər övladının mükəmməl əxlaqi dəyərlərə, düzgün həyat yoluna dəvət edilməsi ilə əlamətdar olan Qurban bayramı uca dinimizin bir-birindən gözəl bayramlarından biridir. Bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Yardıma ehtiyacı olan, şəfqət və mərhəmət gözləyən, qayğı və diqqət uman insanları yada salmaq, qapısını açmaq, onları sevindirmək də bu günün özəlliklərindəndir.
Demokratik prinsiplərin, dini etiqad və vicdan azadlıqlarının bərqərar edildiyi ölkəmizdə hər il dövlət səviyyəsində böyük təntənə ilə keçirilən Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir.
Bəşər sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslamın dəyərlərini ən yüksək mahiyyətə malik mənəvi dəyərlər hesab edən Ulu öndər Heydər Əliyev xalqın etiqad azadlığını, dini-mənəvi dəyərlərinə qayıdışını təmin etmək üçün hələ 1994-cü il mayın 21-də, Qurban bayramında Bibiheybət ziyarətgahına gələrək dövlətin dini-mənəvi dəyərlərlə bağlı əsas strategiyasını bəyan etdi. Dini ocaqların, müqəddəs yerlərin təmir və bərpa işlərinin əsası da o vaxtdan qoyuldu.
Fərəhli haldır ki, xalqımızın milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə böyük ehtiramla yanaşan, etiqad azadlığımızın qarantı olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edən respublikamızda bu əziz bayramı da əmin-amanlıq şəraitində, xoş ovqat və böyük sevinclə keçirə bilirik. Cəmiyyətdə milli mənəvi həmrəyliyi, dözümlülük ovqatını, insanların qəlbində şəfqət və mərhəmət duyğularını daha da gücləndirən Qurban bayramında Tanrıya yaxınlığın, mənəvi-əxlaqi dəyərlərə bağlılığın sevincini yaşayanlar xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını bir daha nümayiş etdirirlər.
Bu nurlu bayram günlərində ölkəmizin hər yerində qurbanlar kəsilir, Azərbaycanın tərəqqisi, torpaqlarımızın işğaldan azad olunması, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir.
Əziz həmkarlar!
Qoy bu mübarək bayram günlərində xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz dualar, kəsdiyiniz qurbanlar Uca Tanrı dərgahında qəbul olunsun və Yaradan mərhəmətini heç zaman xalqımızın və müstəqil dövlətimizin üstündən əskik etməsin.
Qurban bayramınız mübarək olsun!