BANM Rusiyanın məşhur R-Pharm şirkətilə əməkdaşlığa başlayır

BANM Rusiyanın məşhur R-Pharm şirkətilə əməkdaşlığa başlayır Bakı Ali Neft Məktəbində (BANM) Rusiyanın R-Pharm yüksək texnoloji əczaçılıq şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Ali Məktəbin rektoru Elmar Qasımov şirkətin baş ofisi Moskvadan gəlmiş qonaqlar - Kadr hazırlığı departamentinin rəhbəri Repkina Ekaterina, Daxili ünsiyyət və korporativ mədəniyyət departamentinin rəhbəri Teplova Mariya və şirkətin Azərbaycan nümayəndəliyinin İnsan resursları üzrə meneceri Kəmalə Bayramova ilə yeni əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edib.
Moskva Kadr hazırlığı departamentinin rəhbəri Repkina Ekaterina şirkət haqqında məlumat verərək, əsasə 2001-ci il Moskvada qurulan R-Pharm şirkətinin 9 ölkədə 60-dan çox filial və 3600-dən artıq əməkdaşı olduğunu bildirin. O, R-Pharm şirkətinin BANM-ın məzunları haqqında çox eşitdiyini və şirkətin tələbələrin xüsusi təlim proqramlarına, təcrübəyə və işə cəlb olunmasında maraqlı olduğunu bildirib. Xanım Ekaterina BANM-ın müxtəlif professor-müəllim kollektivini şirkətin müxtəlif ölkələrdə yerləşən laboratoriyaları və tədris proqramları ilə tanış olmağa dəvət edib.
Daxili ünsiyyət və korporativ mədəniyyət departamentinin rəhbəri Teplova Mariya R-Pharm şirkətinin xüsusilə kimyaçı və avtomatlaşdırma mühəndislərinə ehtiyacı olduğunu vurğulayıb. Azərbaycan nümayəndəliyinin İnsan resursları üzrə meneceri Kəmalə Bayramova şirkətin Azərbaycanda yerləşən və cari ilin sonuna təhvil verilməsi nəzərdə tutulan zavodunun kimya sənayesi və avtomatlaşdırma prosesləri sahəsində bilikli və istedadlı kadrlarla təmin olunması nəzərdə tutulub. Məhz bu səbəbdən R-Pharm şirkəti BANM-ın tələbə və məzunları ilə görüşmək, onları şirkətin hazırladığı tədris proqramlarına və eyni zamanda təcrübəyə cəlb etmək, sonda isə iş təklifi etmək niyyətindədir.
Rektor Elmar Qasımov R-Pharm şirkətinin təkliflərini müsbət qarşılayaraq onun nümayəndələrinə BANM-a olan maraq üçün təşəkkür edib. Əczaçılıq şirkətilə əməkdaşlığın Ali Məktəb üçün yeni bir sahə olduğunu bildirən rektor, BANM-ın Kimya mühəndisliyi kafedrası və Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrası ilə şirkətin əməkdaşlığının uğurlu olacağına inandığını bildirib.
Görüşdə həmçinin BANM və şirkətin əməkdaşlığı üçün memorandumun şərtləri, R-Pharm şirkətinin tələbələrlə görüşü və prezentasiyasının təşkil olunması kimi məsələlər müzakirə olunub.

BANM-nin Mətbuat Xidməti

Oxşar xəbərlər