ABŞ prezidenti Donald Tramp Novruz bayramını qeyd edən hər kəsi baharın gəlişi münasibətilə təbrik edib.
Novruz bayramının mənşəyinin İrandan gəldiyini qeyd edən Tramp daha sonra həmin ölkəni sərt tənqid edib:
“Bu gün İran xalqa xidmət etmək əvəzinə, özlərinə xidmət edən məmurlar kimi bir çox problemlərlə qarşı-qarşıyadır. Bundan 2 min 500 il əvvəl fars kralı Dara Allahdan İran xalqını düşmən, quraqlıq və yalançılıqdan qorumağını istəmişdi. Ancaq bu gün İran ordusu bu üçünü də təmsil edir”.
ABŞ-ın Xarici işlər nazirinin köməkçisi Con Sullivan da Novruz təbrikinə qoşularaq ABŞ, Əfqanıstan, Azərbaycan, Çin, Gürcüstan, Hindistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan və dünyanın digər bölgələrində bayram üçün toplaşan hər kəsə ən xoş arzularını çatdırdığını bildirib.
Tehsil-press.az