Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 214 nömrəli tam orta məktəbdə “Şagirdlərin fərdi inkişaf dinamikasının izlənilməsi” layihəsinin təqdimatı ilə bağlı “dəyirmi masa” keçirilib.
Tədbirdə təqdim olunan layihə Təhsil Nazirliyi tərəfindən elan edilən təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsinin qalibi seçilib.
Layihənin rəhbəri, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki “Zəngi” liseyi direktorunun müavini Nigar Məmmədova həyata keçirilən bu təşəbbüs barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, layihənin məqsədi məktəb ilə ailənin sıx birliyinə nail olmaqla uşaqları qorumaq, şəxsi və pedaqoji məsələlərin həllində onlara dəstək göstərməkdir. Həmçinin şagirdlərin davamlı fərd kimi inkişafına nail olmaqdır.
N.Məmmədova bildirib ki, Azərbaycanda uğurla davam edən təhsil islahatları hesabına pedaqoji səriştəlilik, pedaqoji ünsiyyət, ümumilikdə pedaqoji fəaliyyət nəinki formasına, eyni zamanda, məzmununa görə də fərqli mahiyyət ifadə etməkdədir. Bu dəyişiklik və perspektivli inkişaf nəticəsində dərs prosesində təhsilalanların qiymətləndirilməsi istiqamətində də bir çox irəliləyişlər nəzərə çarpmaqdadır. Lakin şagirdlərin şəxsi keyfiyyətlərinin və xarakterik xüsusiyyətlərinin təlimin nəticələrinə təsirini müəyyənləşdirən qiymətləndirilmə sistemi hələ də tam formalaşmayıb. Təlimin məqsədlərini əks etdirən dövlət əhəmiyyətli sənədlərdə isə təlim-tərbiyə prosesində təhsilalanların şəxsi keyfiyyətlərinin kəmiyyətcə qiymətləndirilməsi və bunun zəruriliyi xüsusi qeyd olunur. Lakin bu prosesin təcrübi olaraq mükəmməl həyata keçirilməsi hələlik mümkün deyil. Şəxsi keyfiyyətlərin kəmiyyətcə qiymətləndirilməsinin təcrübi həyata keçirilməsi çətin məsələdir. Lakin bu da bir həqiqətdir ki, ancaq şəxsi keyfiyyətlərin qiymətləndirilməsi təlim prosesinin yekunları haqqında tam təsəvvür yaratmağa imkan verə bilər. Bu məsələdə məktəbdə fəaliyyət göstərən psixoloji xidmətin üzərinə də mühüm vəzifələr düşür. N.Məmmədova deyib: “Bu problemləri nəzərə alaraq, “Zəngi” liseyində həmin layihənin icrasına başlanılıb. Layihənin tətbiq edildiyi siniflərdə ümumilikdə 992 şagird təhsil alır. Onlardan 834-nün nəticəsi qənaətbəxşdir, 158 şagirddə isə irəliləyişə nail olunub. Həmçinin şagirdlərdə dərsə maraq artıb, özünəinam formalaşıb. Bəzi valideynlərlə mütəmadi fərdi psixoloji söhbətlər aparılıb, məktəblə sıx əlaqəyə nail olunub”.
Sonda tədbir iştirakçılarının layihə ilə bağlı sualları cavablandırılıb.

BŞTİ-nin Mətbuat Xidməti