Konfutsi İnstitutu “Çin olan yuxular” sərgisində iştirak edib

Konfutsi İnstitutu “Çin olan yuxular” sərgisində iştirak edib ADU-nun Konfutsi İnstitutu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkil etdiyi “Çin olan yuxular” sərgisində iştirak edib. Sərgidə ADMİU-nun rektoru Ceyran Mahmudova açılış nitqi ilə çıxış edib. Tədbir zamanı ADU Konfutsi İnstitutunun təşkil etdiyi yay düşərgəsində iştirak edən müəllim və tələbə heyəti maraqlı təsviri dil vasitəsi ilə Çin təəssüratlarını qonaqlarla bölüşüb.
Tədbirdə Pekin, Şanxay və Xuçjou şəhərlərinin mənzərələri, məişət detalları müxtəlif formalarda təqdim olunub. Proqramın xüsusi qonaqları olan ADU Konfusi İnstitutunun əməkdaşları konsert proqramı ilə çıxış edib,ənənəvi Çin alətləri üzərində çalınan milli Çin mahnıları səsləndirib, “Jinghong” və “Luohua” adlı rəqs nömrələri və “Ay işığı altında bambuq” adlı fleyta performansı ilə çıxış ediblər. Sonda sərgi iştirakçılarına Konfutsi İnstitutunun müəllimi Chen Xiaozhen təqdimatında məhşur Çin çay mərasimi nümayiş edilib. Konfutsi İnstitutunun direktoru professor Rafiq AbbasovAzərbaycan və Çinin mədəni irsinin öyrənilməsi və təbliği ilə bağlı ADMİU ilə birgə proqramların həyata keçirməsinin vacibliyini vurğulayıb.

ADU-nun Mətbuat Xidməti


Konfutsi İnstitutu “Çin olan yuxular” sərgisində iştirak edibKonfutsi İnstitutu “Çin olan yuxular” sərgisində iştirak edibKonfutsi İnstitutu “Çin olan yuxular” sərgisində iştirak edibKonfutsi İnstitutu “Çin olan yuxular” sərgisində iştirak edibKonfutsi İnstitutu “Çin olan yuxular” sərgisində iştirak edibKonfutsi İnstitutu “Çin olan yuxular” sərgisində iştirak edibKonfutsi İnstitutu “Çin olan yuxular” sərgisində iştirak edib

Oxşar xəbərlər