Oktyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dəfə daimi işə qəbul olunan müəllimlərin andiçmə mərasimi keçirilib.
Fakültə dekanları və kafedra müdirlərinin də iştirak etdikləri tədbirdə tədris işləri üzrə prorektor Qasım Məmmədov işə qəbul olunan müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb.
Sonra ADNSU-da ilk dəfə daimi işə qəbul olunan müəllimlər Azərbaycan Respublikasının dövlət bayrağı önündə Konstitusiyaya and içiblər. Andiçmənin yazılı mətni müəllimin şəxsi imzası ilə işində saxlanılacaq.
Qeyd edək ki, müəllimlərin andiçməsi Təhsil Nazirliyinin 2014-cü il 16 may tarixli əmrinə əsasən həyata keçirilib.

ADNSU-nun Mətbuat Xidməti