Universitetdə daimi işə qəbul olunan müəllimlər and içiblər

Universitetdə daimi işə qəbul olunan müəllimlər and içiblər Noyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dəfə daimi işə qəbul olunan müəllimlərin andiçmə mərasimi keçirilib.
Tədbir Təhsil Nazirliyinin 2014-cü il 16 may tarixli əmrinə uyğun olaraq reallaşdırılıb.
Universitetin tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov işə qəbul olunan müəllimləri təbrik edib, uğurlar arzulayıb.
Sonra ADNSU-da ilk dəfə daimi işə qəbul olunan 18 müəllim Azərbaycan Respublikasının dövlət bayrağı altında Konstitusiyaya əl basaraq and içiblər.

ADNSU-nun Mətbuat Xidməti


Universitetdə daimi işə qəbul olunan müəllimlər and içiblərUniversitetdə daimi işə qəbul olunan müəllimlər and içiblərUniversitetdə daimi işə qəbul olunan müəllimlər and içiblər

Oxşar xəbərlər