Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dəfə daimi işə qəbul olunan müəllimlərin andiçmə mərasimi keçirilib.
Tədbirdə universitetin tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov işə qəbul olunan müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb.
Daha sonra ADNSU-da ilk dəfə daimi işə qəbul olunan 15 müəllim Azərbaycan Respublikasının dövlət bayrağı altında Konstitusiyaya əl basaraq and içib.
Qeyd edək ki, müəllimlərin andiçməsi Təhsil Nazirliyinin 2014-cü il 16 may tarixli əmrinə əsasən həyata keçirilib.
ADNSU-nun Mətbuat xidməti