“MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR” ADLI İNŞA YAZI MÜSABİQƏSİ

“MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR” ADLI İNŞA YAZI MÜSABİQƏSİ Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 18 oktyabr Müstəqillik gününə həsr olunan “Müstəqilliyimiz əbədidir” adlı inşa yazı müsabiqəsi keçirildi. Universitetin müxtəlif fakültələrindən 60-a yaxın gəncin iştirak etdiyi inşa yazı müsabiqəsində iştirakçılara 1 saat vaxt verildi. Verilən vaxt müddətində tələbə gənclər öz biliklərini və bacarıqlarını sınadılar. Müsabiqənin nəticələri 10 gün müddətində elan olunacaq.Qaliblərə fəxri fərmanla bərabər, birinci, ikinci və üçüncü yeri tutanlar üçün dəyərli hədiyyələr hazırlanmışdır.

Kəmalə Rəhimli

Oxşar xəbərlər