Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib seçilmiş “Məntiqi tapşırıqlara dair xüsusi vəsait” layihəsi uğurla davam etdirilir.
Şirvan şəhər 1 nömrəli tam orta məktəb-xüsusi istedadlı şagirdlər liseyinin hərbi rəhbəri, Əməkdar müəllim Rəfail Əliyevin rəhbərlik etdiyi layihənin əsas məqsədi müəllimlər və şagirdlər üçün zəruri vəsaitin hazırlanmasına nail olmaqdır. Bu vəsaitin hazırlanması təhsilimizdə “Məntiq” xüsusi kursunun təşkilində dərslik probleminin qismən də olsa həllinə xidmət edir.
Liseydə həyata keçirilən layihənin əsas iştirakçıları bu il həmin təhsil ocağına qəbul olunmuş V sinif şagirdləridir. Layihənin sonunda 25 şagird həmin vəsaitlə təmin olunacaq.
Tehsil-press.az